Toğrul Səyyad oğlu Məmmədov (26 iyul 1988, Şıxmahmud, Babək rayonu – 14 iyul 2016, Ağdam rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (kapitanı). 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub.[1]
Toğrul Məmmədov | |
---|---|
Toğrul Səyyad oğlu Məmmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Təltifləri |
Toğrul Məmmədov 1988-ci ilin 26 iyul günündə Babək rayonunun Şıxmahmud kəndində anadan olub.Orta təhsilini Şıxmahmud kənd tam orta məktəbində alıb, 2002-ci ildən Naxçıvan Muxtar Respublikası Heydər Əliyev adına Hərbi Liseydə davam etdirmiş və 2005-ci ildə buradan məzun olmuşdur.2005-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və 2009-cu ildə leytenant hərbi rütbəsi ilə bitirmişdir.Daha sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində 1 illik ixtisasartırma kursu keçmişdir.
Kapitan Toğrul Məmmədov 2016-cı ilin iyulun 14-ü Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu.[2] İyulun 15-i isə Toğrul Məmmədov doğulduğu Babək rayonunun Şıxmahmud kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kapitan Məmmədov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” və “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalları ilə təltif olunub. Kapitan Toğrul Səyyad oğlu Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə şəhadətindən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
2023-cü ildə haqqında "Qeyrət təcəssümü" kitabı işıq üzü görüb[3].