Tofiq Müseyib oğlu Əzizov (18 yanvar 1932, Bakı – 3 dekabr 1998, Bakı) — Azərbaycan mühəndis-konstruktoru və dövlət xadimi, Azərbaycan Respublikası Baş nazirinin müavini (1995–1998), Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sədri (1995–1996), Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimi (1992), Azərbaycan SSR əməkdar mühəndisi (1981).
Tofiq Əzizov | |
---|---|
13 yanvar 1995 – 3 dekabr 1998 | |
(i. e. 18 oktyabr – 3 dekabr 1998) | |
Baş nazir | Fuad Quliyev Artur Rasizadə |
13 yanvar 1995 – 25 iyul 1996 | |
Əvvəlki | Qüdrət Əbdülsəlimzadə |
Sonrakı | Nadir Nəsibov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 yanvar 1932 |
Doğum yeri | |
Vəfat tarixi | 3 dekabr 1998 (66 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
|
|
Təltifləri |
|
Tofiq Müseyib oğlu Əzizov 1932-ci il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur.[1] 1952-ci ildə Bakı Rabitə Texnikumunu bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunda baş laborant kimi əmək fəaliyyətinə başlamış, 1953–1954-cü illərdə Bakı radio zavodunda tənzimləyici, sex ustası vəzifələrində çalışmışdır. 1955-ci ildə Bonç-Bruyeviç adına Leninqrad Radiotexnika və Rabitə İnstitutuna daxil olmuş və 1958-ci ildə buranı bitirmişdir.[2]
Tofiq Əzizov 1958–1961-ci illərdə Leninqrad Xüsusi Konstruktor Bürosunda aparıcı konstruktor, 1961-ci ildən 1969-cu ilədək Bakıda "Neftkimyacihaz" Xüsusi Konstruktor Bürosunda baş layihə konstruktoru olmuş, 1969–1974-cü illərdə Bakı "Mikrosxemtexnika" xüsusi konstruktor bürosunda və "Neftsənayegeofizika" Elmi-Tədqiqat İnstitutunda müxtəlif vəzifələrdə çalışmışdır.[2] 1974-cü ildən SSRİ Gəmiqayırma Sənayesi Nazirliyi "Nord" Elm-İstehsalat İnstitutunun direktoru, 1983-cü ildən onun bazasında yaradılan "Nord" Elm-İstehsalat Birliyinin baş direktoru olmuşdur.[1]
Tofiq Əzizov 1995-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin edilmiş, 1995–1996-cı illərdə paralel olaraq Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sədri vəzifəsində çalışmışdır.[1]
Tofiq Əzizov Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Dəfələrlə Bakı Şəhər Xalq Deputatları Sovetinin, eləcə də 1990-cı ildə Azərbaycan Ali Sovetinin XII çağırış deputatı seçilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komissiyasının sədri olmuşdur. Azərbaycan Milli Yaradacılıq Akademiyasının texnika doktoru (1990), professor (1994) adlarına layiq görülmüşdür. 10-dan çox elmi məqaləsi çap edilmiş, 11 ixtiranın müəllifi olmuşdur. Ona "Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimi" (1992), "Azərbaycan SSR əməkdar mühəndisi" (1981) fəxri adları verilmiş, "Qırmızı əmək bayrağı" (1977) və "Lenin" (1990) ordenləri ilə təltif edilmişdir.[1]
Tofiq Əzizov 1998-ci ildə dekabrın 3-də 66 yaşında qəflətən vəfat etmişdir.[2] Fəxri Xiyabanda dəfn olunmuşdur.[3]