Nadir Nəsibov

Nadir Alı oğlu Nəsibov (22 iyul 1960, Qazax) — Azərbaycan jurnalisti, filoloq, Azərbaycan Basketbol Federasiyasının prezidenti (1999–2021), Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sədri (1996–1999), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1987-ci ildən).

Nadir Nəsibov
dekabr 1999 – 14 dekabr 2021
SonrakıEmin Əmrullayev
bayraq
Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sədri
bayraq2
25 iyul 1996 – 6 dekabr 1999
ƏvvəlkiTofiq Əzizov
SonrakıFərhad Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 22 iyul 1960(1960-07-22) (64 yaş)
Doğum yeri
Təhsili

Nadir Alı oğlu Nəsibov 1960-cı il iyulun 22-də Qazax şəhərində anadan olmuşdur. 1977-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuş və buranı 1982-ci ildə bitirmişdir.[1]

Əmək fəaliyyətinə 1977-ci ildə Keşlə mexaniki zavodunda sıravi işçilikdən başlamışdır. 1983–1986-cı illərdə Tovuz rayonunda müəllim, 1987-ci ildən "Bakı", "Vışka" qəzetlərində müxbir, 1989-cu ildən "Molodyoj Azerbaydjana" qəzetində şöbə müdiri, 1992–1994-cü illərdə "Avropa–Asiya" jurnalının təsisçisi və baş redaktoru, 1994-cü ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının nəşri olan "Yurd" jurnalının baş redaktoru olmuşdur. Dövri mətbuatda çoxsaylı elmi və publisistik yazıları dərc edilmişdir.[1]

Nadir Nəsibov 1996-cı ilin iyul ayından 1999-cu ilin dekabr ayınadək Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sədri vəzifəsində, 1999-cu ilin dekabr ayından 2021-ci ilin dekabr ayınadək isə Azərbaycan Basketbol Federasiyasının prezidenti vəzifəsində çalışmışdır.[2]

Ailəlidir, üç övladı var.

  1. 1 2 Нәсибов Надир Алы оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 376. ISBN 5-89600-253-x.
  2. "Basketbol Federasiyasından gedən sabiq prezident Nadir Nəsibov kimdir?". modern.az. 2021-12-14. 2023-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-31.