Tofiq İbrahim oğlu Süleymanov — Azərbaycan Milli Aerokosmik Agentliyinin Baş direktorunun I müavini, texnika elmləri doktoru, professor.
Tofiq Süleymanov | |
---|---|
Tofiq İbrahim oğlu Süleymanov | |
Doğum tarixi | |
Doğum yeri | Gölkənd, Krasnoselo rayonu, Ermənistan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | kosmik texnologiyalar |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Azərbaycan Milli Aerokosmik Agentliyinin Baş direktorunun I müavini |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsi |
Mükafatları |
Tofiq İbrahim oğlu Süleymanov 16 may 1955-ci ildə Ermənistanın Krasnoselo rayonunun Gölkənd kəndində anadan olmuş, 1972-ci ildə orada orta məktəbi bitirmişdir.1972–1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyat fakültəsində təhsil almış, həmin ildən Azərbaycan SSR Elmlər Akademiyasının (AMEA)"Kaspi" Elmi Mərkəzində (indiki Milli Aerokosmik Agentliyində) əmək fəaliyyətinə başlamışdır. O, 1978–1993-cü illərdə həmin təşkilatda mühəndis-riyaziyyatçı, kiçik elmi işçi, aparıcı elmi işçi, sektor rəisi, şöbə rəisi, 1993–2004-cü illərdə MAKA aparatında Elmi-texniki idarə rəisinin müavini, Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunda şöbə rəisi, elmi katib, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. 2004-cü ildən MAKA-nın Baş direktorunun birinci müavini, 2007–2008-ci illərdə MAKA-nın Ekologiya İnstitutunun direktoru olmuş, 2008-ci ildən indiki dövrə qədər yenidən MAKA-nın Baş direktorunun birinci müavini vəzifəsində çalışır. Ailəlidir, iki övladı var.
2006-cı il – 3324.07- "Məsafədən aerokosmik tədqiqatlar" ixtisası üzrə texnika elmləri doktoru;
2012-ci il – 3324.07- "Məsafədən aerokosmik tədqiqatlar" ixtisası üzrə professor.
1990–1995-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun "İnformasiya – ölçmə sistemləri"
kafedrasında dosent;
2005-ci ildən indiki dövrə qədər Milli Aviasiya Akademiyasının "Ətraf mühitin aerokosmik monitorinqi" kafedrasında dosent, professor.
1. T. İ. Süleymanov. Kosmos. İnsan kainata can atır. Bakı. "Ayna Mətbuat Evi".2002
2. Т.И.Сулейманов. Тематическая интерпретация дистанционных данных почвенно — растительных объектов. Баку. Изд-вo "Элм", 2003
3. A. Ə. Şirin-zadə, T. İ. Süleymanov. Peykaltı poliqon tədqiqatları üçün elmi-metodik vəsait. Bakı, "MAKA", 2008
4. Z. S. Allahverdiyev, T. İ. Süleymanov, G. Y. Mehdiyeva, X. X. Muxtarlı. Dəniz hidrometeoroloji proqnoz üsulları. Bakı, "Ziya" NPM, 2013.
Kosmik texnologiyaların müxtəlif problemlərinə həsr olunmuş 200-ə qədər elmi məqalənin müəllifidir.
8 nəfər texnika üzrə fəlsəfə doktoru