Tofiq Sədrəddin oğlu Yusifov — 1957-ci il yanvarın 25-də Azərbaycan RespublikasıŞəki rayonununÇayqaraqoyunlu kəndində anadan olmuşdur. 1974-cü ildə həmin rayonun Turan (keçmiş S. Orconikidze adına taxılçılıq sovxozu) qəsəbə opta məktəbini bitirmişdir.
1974-cü ildə Bakı Dövlət Universitetinin (keçmiş S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti) jurnalistika fakültəsinə daxil olmuş, 1979-cu ildə orada təhsilini fərqlənmə diplomu ilə başa vuraraq jurnalist ixtisasına yiyələnmişdir. Əmək fəaliyyətinə 1979-cu ildə "Şəki fəhləsi" qəzetində müxbir kimi başlamışdır. 1980–1982-ci illərdə Şəki Şəhər Komsomol Komitəsinin ikinci, 1982–1985-ci illərdə isə birinci katibi vəzifələrində çalışmışdır. 1985–1987-ci illərdə Şəki Rayon XDS İcraiyyə Komitəsinin şöbə müdiri, 1987–1990-cı illərdə Şəki Rayonlararası Turizm İdarəsinin direktoru olmuşdur. 1981–1988-ci illərdə iki çağırış Şəki Şəhər Sovetinin deputatı seçilmişdir.
Tofiq Yusifov 1991–2006-cı illərdə "Səhər" qəzetinin şöbə müdiri, Azərbaycan-Türk İnformasiya Agentliyinin baş redaktoru, "Aydın sabah" beynəlxalq müstəqil qəzetin baş redaktoru, "Fakt" İnformasiya Agentliyinin baş redaktoru, "Günay" qəzetinin şöbə müdiri, parlament müxbiri, baş yazarı və baş redaktoru vəzifələrində çalışmışdır. 2006–2023-cü illərdə bir sıra strukturlarda mətbuat və kadr məsələləri üzrə menecer və mətbuat xidmətinin rəhbəri vəzifələrində işləmişdir.
T. Yusifov 2001-ci ildən elmi-pedaqoji fəaliyyətlə məşğuldur. 2008-2013-cü illərdə"Təfəkkür" Universitetinin professoru olmuşdur. 2003-2005-ci illərdə Bakı Dövlət Universitetində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi fənnindən dərs demişdir.
Hazırda Bakı Slavyan Universitetinin jurnalistika kafedrasının professorudur. 2012-ci ildə "Azərbaycanda açıq cəmiyyətin formalaşmasında mətbuatın rolu" (1991–2004-cü illər) mövzusunda dissertasiya müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdir. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki (2015) və Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvüdür (2016). BSU-da magistr dissertasiyaları üzrə İxtisaslaşmış Şuranın sədri olmuşdur. 12 kitabın, 30 elmi, 3500-ə yaxın kütləvi-publisistik məqalənin müəllifidir. Əsərləri rus, ingilis, qazax və türk dillərinə tərcümə edilib.
2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir. 2013–2014 və 2019-2020-ci illərdə Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü olmuşdur. Müxtəlif elmi və ictimai təşkilatların 5 medalı ilə təltif edilmiş, H. Zərdabi[1], H. Z. Tağıyev adına, həmçinin Ali Media[2][3], "Qızıl qələm" və digər mükafatlara layiq görülmüşdür.
1981-ci ildən Azərbaycan (SSRİ) Jurnalistlər Birliyinin, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan jurnalistlərinin I, II, III, IV və VI qurultaylarının nümayəndəsi olmuşdur. 2017-ci ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Türk dünyasının Fəxri Qazeteçisi” adına layiq görülmüşdür.
2019-cu ildən Beynəlxalq Jurnalistlər Federasiyasının fərdi üzvüdür. 2018-ci ildə Avrasiya Yazıçıları Liqasının Beynəlxalq “Ədəbi Olimp” mükafatını, 2019-cu il avqustun 29-da Dünya Söz Akademiyasının "Ədəbiyyat və Söz Sənətinə hizmət ödülü"-nü almışdır.
Açıq cəmiyyyət: tarix, ənənə, müasirlik // Azərbaycan Dillər Universitetinin Elmi Xəbərləri. Bakı, 2008, № 7, s. 243–250
Azərbaycan mətbuatı yeni informasiya şəraiti, qloballaşma və liberal dəyərlər müstəvisində // AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu. Filologiya məsələləri. Bakı, 2008, № 9, s. 381–394
Ölkə mediası və yeni cəmiyyət quruculuğunun konseptual məsələlərinin təbliği prosesi // Humanitar məsələlərin öyrənilməsinin aktual problemləri (Ali məktəblərarası elmi məqalələlr məcmuəsi). Bakı Slavyan Universiteti. Bakı, 2009, № 1, s. 321–327
Müasir ideoloji tendensiyalar: ölkə mətbuatının Qərb mediası ilə oxşar və fərqli cəhətləri // AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu. Filologiya məsələləri. Bakı, 2009, № 1, s. 408–418
İstedadın zamanı və Vətəni olmur və ya açıq cəmiyyət budurmu? "525-ci qəzet", 19 mart 2011-ci il.
Heydər Əliyev və Azərbaycan mətbuatının demokratikləşməsi prosesi // AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu. Filologiya məsələləri. Bakı, 2012, № 3, s. 471–477
Azad mətbuat açıq cəmiyyət quruculuğunun zəruri şərti kimi // AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu. Filologiya məsələləri. Bakı, 2012, № 4, s. 446–449
Tofiq Yusifov "Açıq cəmiyyət və mətbuat" (monoqrafiya) Bakı, "Apostrof" nəşriyyatı, 2012-ci il, 220 səhifə.
Açıq cəmiyyət, plüralizm və mətbuat: reallığın təhlili, perspektivə baxış // "525-ci qəzet", 4–8 sentyabr 2012-ci il
Yeni jurnalistika: reallıqlar, perspektivlər… // "Təfəkkür" Universitetinin elmi xəbərləri. Bakı, 2013-cü il, № 1, s. 115–120
Heydər Əliyevin jurnalistika məktəbi. Azərbaycanşunaslığın aktual problemləri. 5-ci Beynəlxalq Elmi Konfransın materialları . 5–7 may 2014-cü il, s. 652–655
"İdman jurnalistikası" kursunun proqramı (Tədris proqram). Bakı, 2014, 22 səhifə
Yeni türk ədəbiyyatınınformalaşma prosesinin ədəbi-bədii və tarixi aspektləri. Azərbaycanşunaslığın aktual problemləri. 6-c; Beynəlxalq Elmi Konfransın materialları. 5–7 may 2015-ci il, s. 493–495
"Проблемы преемственных связей в периодизации турецкой литературы" "Ənənə və müasirlik" IX Beynəlxalq Simpozium , Tbilisi , 23–25 sentyabr 2015-ci il, (tezis) s. 106–108
T. Yusifov "Akademik Cəmil Əliyev" Elmi-bioqrafik monoqrafiya. Bakı, "Yazıçı" nəşriyyatı, 2016, 420 s.
A.M.Qarin, C.Ə.Əliyev. “Bədxassəli şişlərin yayılmış formalarının müalicəsi”. Bakı, “Yazıçı, 2016, 300 səh.
C.Ə.Əliyev, R.C.Cəfərov, T.Ə.Nəcəfov. “Süd vəzi xərçənginin diaqnostikası və müalicəsi”. Bakı, “Yazıçı”, 2016-cı il. 128 səh.
N.Q.Qüdrətov, M.Q.Məmmədov. “Eksperimental onkologiyaya giriş”. Bakı, “Yazıçı”, 2016, 224 səh.
N.N.Bloxin, N.N.Trapeznikov, C.Ə.Əliyev. Bədxassəli dəri şişlərində plastik əməliyyatlar. Bakı, “Yazıçı”, 2016, 228 səh.
C.Ə.Əliyev, M.Q.Məmmədov, N.O.Qüdrətov. Hepatit B virusunun onkoloji aspektləri Bakı, “Yazıçı”, 2016, 168 səh.
“BSU: 70 illik uğurlu yol.” Bakı, “Mütərcim”, 2017, səh. 46-52
Tofiq Yusifov “Media və vətəndaş cəmiyyəti”. Dərs vəsaiti, Bakı, Mütərcim, 2017, 120 səh.
T.Yusifov ”Azərbaycanda onkologiyanın inkişaf tarixi”, Bakı, “Yazıçı” nəşriyyatı, 2021-ci il, 600 səh.
T.Yusifov “Xarici ədəbiyyat dərslərində lirik əsərlərin təhlili metodikası (Nazim Hikmətin əsərləri əsasında)”. Scentific Bulletin of Mukachevo State University. Series “Pedagogy and psychology.” Scientific Journal. Vol. 8, No. 3, 2022, p. 81-88
“Nazim Hikmət müasir türk şeirinin yaradıcısı kimi.” The XXVII International Scientific Symposium “Give Way to the Turkic flag!” dediacated to the 130 anniversary of Ahmed Javad. İsveç, Stokholm, 25 iyun 2022, səh. 73-76
“Nazim Hikmətin Rusiya dövrü yaradıcılığının ideoloji aspektdən situativ konteksti” The XXVIII International Scientific Symposium “Karabakh is My Native Land” , dedicated to the 190th anniversary of Khurshidbany Natavan”. Hollandiya, Amsterdam, 30 iyul 2022, səh. 43-46
“Rus-türk ədəbi əlaqələrinin qarşılıqlı inkişaf dinamikası və bədii-elmi resepsiyası prosesi”. The XXIX International Scientific Symposium “Turks and the World” dedicated to the 220th anniversary of Mirza Kazembek”. Türkiyə, Qars, 30 avqust 2022, səh. 97-102
↑"525-ci qəzet". Həsən Bəy Zərdabi mükafatı laureatlara təqdim olundu. 27.07.2011. 1. 2024-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13.01.2024.
↑"Yeni Azərbaycan Qəzeti". Ali Media Mükafatı özünü təsdiqləmişlərin mükafatıdır. 01.08.2012. 2024-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13.01.2024.
↑"Demokrat.az". Mətbuat Şurasının Ali Media Mükafatı kimlərə verilib. 2024-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13.01.2024.