Yoşida Hideo

Yoşida Hideo (吉田 秀雄?, 9 noyabr 1903, Kokura, Fukuoka prefekturası27 yanvar 1963, Tokio) – "Dentsu" reklam agentliyinin dördüncü prezidenti. Yaponiyada reklam biznesinin inkişafı üçün işlər görmüşdür.

Yoşida Hideo
yap. 吉田 秀雄
Doğum tarixi 9 noyabr 1903(1903-11-09)
Doğum yeri
Vəfat tarixi 27 yanvar 1963(1963-01-27) (59 yaşında)
Vəfat yeri
Vəfat səbəbi mədə xərçəngi
Təhsili
Fəaliyyəti iş adamı
Mükafatları II dərəcəli "Müqəddəs xəzinə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və karyerası

[redaktə | mənbəni redaktə et]

Yoşida Hideo 1903-cü ildə Yaponiyanın Fukuoka prefekturasının Kokura şəhərində doğulmuşdur. Ailəsinin maddi vəziyyəti pis olduğu üçün iki dəfə övladlığa verilmişdir. 1928-ci ildə Tokio Universitetinin iqtisadiyyat fakültəsindən məzun olmuş[1] və Yaponiya Teleqraf Kommunikasiyasının nəzdində olan "Dentsu" reklam agentliyinə qoşulmuşdur. Burada Qərb ədəbiyyatını oxuyaraq reklam sahəsini öyrənməyə başlamışdır.[2]

Müharibədən sonra

[redaktə | mənbəni redaktə et]

İkinci dünya müharibəsindən sonra agentlik cavan kadrları idarəçiliyə cəlb etmək siyasətini izləməyə qərar vermiş və o, 1947-ci ildə prezident seçilmişdir.[3] Həmin il Dentsu Reklam Mükafatının əsasını qoymuşdur.[2] Yaponiyada kommersiya məqsədli radio və televiziya yayımının başlamasında vacib rolu olmuşdur.[3] NHK direktoru, eləcə də, Tokio Ticarət və Sənaye Palatasının üzvü olmuşdur.[1] 1956-cı ildə xaricə səyahət etmiş, müxtəlif ölkələrin reklam biznesini müşahidə etmiş, xüsusilə, ABŞ-nin reklam agentliyi biznesindən təsirlənmişdir.[2] ABŞ-nin Dövriyyə üzrə Audit Bürosu sistemini Yaponiyaya tanıtmış və Yaponiyada Dövriyyə üzrə Audit Bürosu Assosiasiyasını yaratmışdır. Yaponiyada ictimai əlaqələr sisteminin əsasını qoymuşdur.[1] 1958-ci ildə ABŞ-nin "Fortune" jurnalı onun uğurlarını işıqlandırmışdır. 1962-ci ildə onun təşəbbüsü ilə Ümumyapon Reklam Şurası yaradılmış və Yoşida şuranın direktoru təyin olunmuşdur.[2]

Yoşida 27 yanvar 1963-cü ildə ölmüşdür. Ölümündən iki gün sonra – 29 yanvarda Yaponiya hökuməti tərəfindən II dərəcəli "Müqəddəs xəzinə" ordeni ilə təltif olunmuşdur.[2]

1965-ci ildə Yoşida Hideo Memorial Fondu təsis olunmuşdur.[2] 2002-ci ildə bu fond tərəfindən Yoşida Hideonun 100 illik yubileyi münasibətilə Yaponiyada reklamçılığa həsr olunmuş yeganə muzey olan Tokio Reklam Muzeyi yaradılmışdır.[4] 1966-cı ildə Yoşida Hideo Memorial Zalının Reklam Kitabxanası adı ilə qurulmuş muzey kitabxanası isə Yaponiyada reklam kommunikasiyası sahəsində ixtisaslaşmış yeganə kitabxanadır.[5]

  1. 1 2 3 The Japan Biographical Encyclopedia & Who's Who. səh. 1924
  2. 1 2 3 4 5 6 "The life of Yoshida Hideo". Tokio Reklam Muzeyinin rəsmi saytı (ingiliscə). 25 iyul 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2023.
  3. 1 2 Kodansha Encyclopedia of Japan. səh. 341
  4. "Museum Overview". Tokio Reklam Muzeyinin rəsmi saytı (ingiliscə). 25 iyul 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2023.
  5. "Library". Tokio Reklam Muzeyinin rəsmi saytı (ingiliscə). 25 iyul 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2023.