Edward Thomas Hardy (15 sentyabr1977[1][2][…]) İngiltərə'li aktyor,senarist və prodüsördür.
Digər adı Tom Hardi olan tanınmış sənətçi, bu günə qədər bir çox film və serial'larda rol almışdır. Birdən çox mükafatın namizədi və eynilə, bir çoxda mükafat'ın sahibi olmuşdur.
O, 1977-ci ildə London'da anadan olmuşdur.[3] Anası rəssam, atası isə yazıçı olmuşdur. O, gənc yaşlarında teatr təhsili almışdır. O, həmçinin modellik etmişdir və 1998-ci ildə “Məni supermodel tap” müsabiqəsinin qalibi olmuşdur. O, kinoya 2001-ci ildə Qara Şahin filmi ilə qədəm qoymuşdur.[4] Bir il sonra o, Star Trek: Nemesis filmində Şinzon roluna görə Ən Yaxşı Köməkçi Aktyor nominasiyasında Saturn Mükafatlarına namizəd olmuşdur.
O, ən çox Bronson, Inception, Star Trek: Nemesis və Warrior filmləri ilə gündəmə gəlmişdir. O, böyük şöhrət qazandığı “Qaranlıq cəngavər yüksəlir” filmindəki Bane rolu ilə tanınmışdır.[5] O, "Qardaşlar qrupu" serialında qonaq olub və "Bu, müharibə deməkdir" filmində baş rol ifaçısı olmuşdur. O, “Legend” filmində iki obrazı birdən canlandırmışdır.