Tom dayının daxması — Amerika yazıçısı Harriyet Biçer-Stounun 1852-ci ildə quldarlıq əleyhinə yazdığı romanı
Tom dayının daxması | |
---|---|
ing. Uncle Tom's Cabin | |
Müəllif | Harriyet Biçer-Stou |
Janrlar | seriallaşdırılmış bədii ədəbiyyat[d] |
Orijinalın dili | ingilis dili |
Ölkə | |
Orijinalın nəşr ili | 20 mart 1852 |
Tərcüməçi | Hidayət Orucov |
Növ | roman |
Elektron versiya | |
Vikianbarda əlaqəli mediafayllar |
Əsərdə qüdrətli Amerika ölkəsində köləlik sistemi, irqçilik, bunların insanların psixologiyasına, intellektinə vurduğu pozucu təsirlər, zəngin mənəviyyatlı zəncilərin ağlasığmaz məhrumiyyətləri ustalıqla qələmə alınmışdır.
ABŞ-də quldarlığa və afro-amerikanlara olan münasibətinin dəyişməsində 1852-ci ildə nəşr edilən bu kitabın mühüm rolu olmuşdur. Əsər çox tərif qazansa da, onu pisləyənlər heç də az olmamışdır. Kitab ABŞ-nin cənubunda "abolisionist təbliğatı" kimi qiymətləndirilərək qadağan olunmuşdur. Quldarlıq tərəfdarı olan bir sıra cənublu yazıçılar əsərə cavab olaraq "Anti-Tom ədəbiyyatı" silsiləsinə daxil olan əsərlər yazmışdırlar[1].
Roman ilk dəfə Azərbaycan dilində kütləvi tirajla 1986-cı ildə isə Voyniçin “Ovod” əsəri ilə birlikdə 50 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası" seriyasının 23-cü cildində nəşr olunmuşdur.
1991-ci ildə "Gənclik" nəşriyyatı tərəfindən azərbaycanlı yazıçı Hidayətin tərcüməsində təqdim edilmişdir[2]. 2011-ci ildə "Apostrof" MMC-də təkrar çap olunmuşdur[3].