Etel Lilian Voyniç

Etel Lilian Voyniç (ing. Ethel Lilian Voynich; 11 may 1864[2][3], Ballintempl[d], Kork[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı[1]27 iyul 1960[2], Nyu-York, Nyu-York ştatı) — İrland yazıçısı.

Etel Lilian Voyniç
ing. Ethel Lilian Voynich
Doğum adı Ethel Lilian Boole[1]
Doğum tarixi
Doğum yeri İrlandiya
Vəfat tarixi (96 yaşında)
Vəfat yeri Nyu-York
Vətəndaşlığı
Milliyyəti İngilis
Atası Corc Bul[1]
Fəaliyyəti Yazıçı
Fəaliyyət illəri 1897-ci ildən
Əsərlərinin dili İngiliscə
Janr Roman
Tanınmış əsəri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Etel Lilian Voyniç məşhur ingilis yazıçısı və bəstəkarıdır. 1864-cü ildə İrlandiyadanın Kork şəhərində anadan olmuş bu xanımın əsil-kökü çox məşhurdur. Atası İngiltərənin məşhur riyaziyyatçı və mütəfəkkiri Corc Buldur. Dünyada ən hündür zirvə Etelin dayısı Corc Everestin adı ilə bağlıdır.

İlk dəfə ailə həyatını 1890-cı ildə quran Etelin yoldaşı, ədəbiyyatşünas və bibliofil V.M.Voyniç dünyada məşhur olan "Voyniç əlyazması"nın kəşfi ilə ad qazanıb (bu əlyazmalar Rocer Bekon adlı keşiş tərəfindən XIII əsrdə yazılıb və indiyə kimi hələ heç kəs bu yazıların şifrəsini aça bilməyib). Daha sonra Sidney Reyli adlı şəxslə eşq macərası yaşayır. Sidney "Mahir casus" adı qazanmış məşhur xəfiyyə idi. Onunla birlikdə Etel siyasətə daha çox daxil olur. Onunla birlikdə Etel İtaliyaya səyahətdə olur və burada Cüzeppe QaribaldiCüzeppe Madzini kimi italyan inqilabi şəxsiyyətlərinin həyatından qaynaqlanaraq "Ovod" romanında Artur Berton (Ovod) obrazını yaradır. Qeyd etmək lazımdır ki, qədim yunan filosofu Sokratın da ləqəbi Gadfly (yəni, Ovod) olmuşdur.

Etel Lilian Voyniç 1960-cı il 28 iyulda Nyu-Yorkda vəfat edib. Vəsiyyətinə görə nəşi yandırılaraq külü Nyu-Yorkun mərkəzi parkına səpilib.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Blain V., Grundy I., Clements P. The Feminist Companion to Literature in English (ing.): Women Writers from the Middle Ages to the Present. 1990. P. 1117.
  2. 1 2 Ethel Voynich // FemBio database (alm.).
  3. Ethel Lilian Voynich // Dictionary of Irish Biography (ing.). RIA.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]