Tom dayının koması

Tom dayının daxması — Amerika yazıçısı Harriyet Biçer-Stounun 1852-ci ildə quldarlıq əleyhinə yazdığı romanı

Tom dayının daxması
ing. Uncle Tom's Cabin
Müəllif Harriyet Biçer-Stou
Janrlar seriallaşdırılmış bədii ədəbiyyat[d]
Orijinalın dili ingilis dili
Ölkə
Orijinalın nəşr ili 20 mart 1852
Tərcüməçi Hidayət Orucov
Növ roman
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsərdə qüdrətli Amerika ölkəsində köləlik sistemi, irqçilik, bunların insanların psixologiyasına, intellektinə vurduğu pozucu təsirlər, zəngin mənəviyyatlı zəncilərin ağlasığmaz məhrumiyyətləri ustalıqla qələmə alınmışdır.

ABŞ-də quldarlığa və afro-amerikanlara olan münasibətinin dəyişməsində 1852-ci ildə nəşr edilən bu kitabın mühüm rolu olmuşdur. Əsər çox tərif qazansa da, onu pisləyənlər heç də az olmamışdır. Kitab ABŞ-nin cənubunda "abolisionist təbliğatı" kimi qiymətləndirilərək qadağan olunmuşdur. Quldarlıq tərəfdarı olan bir sıra cənublu yazıçılar əsərə cavab olaraq "Anti-Tom ədəbiyyatı" silsiləsinə daxil olan əsərlər yazmışdırlar[1].

Roman ilk dəfə Azərbaycan dilində kütləvi tirajla 1986-cı ildə isə VoyniçinOvod” əsəri ilə birlikdə 50 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası" seriyasının 23-cü cildində nəşr olunmuşdur.

1991-ci ildə "Gənclik" nəşriyyatı tərəfindən azərbaycanlı yazıçı Hidayətin tərcüməsində təqdim edilmişdir[2]. 2011-ci ildə "Apostrof" MMC-də təkrar çap olunmuşdur[3].

  1. Qadağan olunmuş “təhlükəli” kitablar – SİYAHI ann.az Arxivləşdirilib 2021-12-08 at the Wayback Machine  (az.)
  2. Harriyet Biçer-Stou. Tom dayının daxması (roman). Bakı, "Gənclik" nəşriyyatı, 1991
  3. Harriyet Biçer-Stou. Tom dayının daxması (roman). Bakı, "Apostrof" MMC, 2011