Tomiris

Tomris (İran dilləriden Tahmirih, Cesur[1], Türkcə: Temir — "Dəmir"; e. ə. VI əsr, Mərkəzi Asiya, Massagetləre. ə. VI əsr, Mərkəzi Asiya, Massagetlər)[2]Massagetlərdənsaklardan olan məşhur peçeneq[3] qadın sərkərdə, skif dövlət xanı.[4][5][6][7][8] Sakların şahzadəsi olan Tomris/Tomarisin adı Azərbaycanda günümüzə qədər istifadə olunan qadın adıdır.[9]

Tomris
Şəxsi məlumatlar
Doğum tarixi e. ə. VI əsr
Doğum yeri
Vəfat tarixi e. ə. VI əsr
Vəfat yeri
Fəaliyyəti rəhbər[d], hərbi lider[d]
Uşağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Herodot Tomris barədə

[redaktə | mənbəni redaktə et]

Tomris haqqında əsas məlumat Herodotun Tarix əsərində qorunmuşdur. Onun doqquz hissədən ibarət "Tarix" əsəri yunan-fars müharibələrinə və bu müharibələrin ətrafında baş verən hadisələrə həsr olunmuşdur. Burada qələmə alınan hadisələr dövrünün tarixçilik ənənələrinə uyğun olaraq, miflə gerçək tarixi rəvayətçilik hüdudlarında yazılsa da, Heredot haqlı olaraq, dünyanın ən tarixçilərindən sayılır. Heredotun kitabında yer alan hadisələrdən biri də Əhəməni hökmdarı Kirin e. ə. 529-cu ildə öldürülməsi ilə bağlıdır. Əhəməni dövlətinin banisi II Kirin (e.ə. 550–530) ölümü bədii mövzu kimi antik müəlliflərin yaradıcılığında dərin iz buraxmış, əsrdən əsrə ötürülərək əfsanələşmişdir. E.ə. V əsrdən başlayaraq Herodot, Ktesi, Beros, Strabon, Arrian, Polien, Diodor, Ammian Marsellin və digər yazarlar bu mövzuya müraciət etmiş, onlara məlum detallarla fərqli hekayələrin yaranmasına səbəb olmuşlar. II Kirin ölümü ilə nəticələnən hərbi əməliyyatlar haqqında rəsmi qaynağın yoxluğundan indiyə kimi antik müəlliflərin yazdıqları ilə kifayətlənməli oluruq. Bu həlledici döyüşün harada baş verdiyi ilə bağlı ən mötəbər mənbə məhz Herodotun "Tarix" əsəri hesab edilir. Kir müasir Azərbaycan respublikası ərazisində, Araz çayından şimalda yerləşən Massaget çarlığına (bir çox tarixçilər bu çarlığı Orta Asiyada yerləşdirir, Arazı isə Amudərya ilə eyniləşdirirlər. Çünki massagetlər Orta Asiyada da yaşayırdılar) yürüşü zamanı öldürülmüşdü.

Bu rəvayətin qəhrəmanı massagetlərin qətlə yetirilmiş şahının dul qadını Tomirisdir. Heredot yazır: "Massagetlər, deyilənə görə, çoxsaylı və cəsur bir tayfa olub. Onlar issedonlarla qarşı-qarşıya, Günəşin doğuşu istiqamətində şərqdə, Araz çayının arxasında yaşayırdılar." Bəziləri onları skif tayfalarından sayır. Massagetlərin şahı ölmüş, tayfanın başına onun dul qadını Tomiris keçmişdi. Kir öz elçilərini göndərərək, onunla evlənmək istədiyini bildirir[10]. Ancaq Tomiris anlayır ki, Kir onunla evlənmək yox, bu yolla Massaget çarlığını ələ keçirmək istəyir və elə buna görə də həmin təklifi rədd edir. Belə olduqda Kir hiyləgərliklə öz istəyinə nail ola bilmədiyini görüb, massagetlər üzərinə açıq hücuma keçdi. Araz çayından keçmək üçün Kir gəmilərdən körpü düzəltmək və həmin gəmilərin üzərində qüllələr qurmaq haqda əmr verir. Belıliklə, hərbi əməliyyatların həlledici mərhələsində II Kirin komandanlığı altında Əhəməni ordusu Araz çayını keçib, massagetlərin ölkəsinə daxil olur.

Kirin qoşunu bu işlərlə məşğul olarkən Tomiris carçıları çağırıb, onların dili ilə Kirə belə bir müraciət etdi: "Ey Əhəməni hökmdarı! Öz niyyətindən geri çəkil. Axı sən irəlicədən bilə bilməzsən ki, bu körpülərin qurulması sənə xeyirdir, yoxsa ziyan? Bu işin başını burax, get öz ölkəndə şahlıq elə və bizim öz ölkəmizdə hökmranlıq etməmizə paxıllığın tutmasın. Ancaq sən əlbət ki, bu məsləhətə qulaq asmayacaq və öz bildiyin kimi hərəkət edəcək, aramızdakı sülhü pozacaqsan. Əgər sən massagetlərin üzərinə hücuma keçməyi belə çox istəyirsənsə, körpü qurulmasını dayandır. Rahatca ölkəmizə gir, biz qoşunlarımızı çaydan üç günlük məsafəyə geri çəkərik. Yox, əgər sən bizi öz torpağına buraxmaq istəyirsənsə, işini davam elətdir." Bu müraciətdən sonra Kir fars əyanlarını öz yanına çağırtdırıb, onlardan məsləhət istəyir. Hamı bir ağızdan məsləhət görür ki, Tomirisin qoşununu burada gözləmək daha məqsədəuyğundur.

Müşavirədə iştirak eləyən lidiyalı Krez isə bu qərarın əleyhinə çıxır. "Mənə belə gəlir ki, biz gərək çayı keçərək, ölkənin içərilərinə doğru irəliləyək. Onlar geri çəkildikcə biz irəliləyək. Mən bilən fars həyat tərzinin gözəllikləri və bizim aldığımız böyük həzz və ləzzətlər massagetlərə məlum deyil. Buna görə də mən düşünürəm ki, biz gərək öz düşərgəmizdə onlar üçün qonaqlıq düzəldək, çoxlu qoyun kəsək, masaların üstünə şərab və cürbəcür yeməklər düzək. Bütün bunlardan sonra az miqdarda qoşunu orda saxlayıb, qalanları ilə çaya tərəf geri çəkilək. Əgər mən öz düşüncəmdə yanılmıramsa, düşmən bu tələyə düşərək, özünü nemətlərimizin üstünə atacaq və bizim böyük hünərlər göstərməmiz üçün şərait yaranacaqdır."

Piter Paul Rubensin çəkdiyi "Tomris Əfsanəsi" əsərində Tomrisin fars hökmdarı Kirin başını qan dolu qaba salması

Beləliklə, məşvərətçilərin fikirləri haçalanır. Kir özünün əvvəlki fikrindən daşınaraq, Krezin təklifinə tərəfdar çıxır. Şah Tomirisə xəbər göndərir ki, biz sənin ölkənə keçmək istəyirik, geri çəkil. Tomiris də sözünə əməl edərək qoşununu geri çəkir. Belə olduqda Kir Krezi öz varisinə – oğlu Kambizə həvalə edir. Hökmdar oğlundan israrla xahiş edir ki, Krezə hörmət göstərilsin və (əgər massaketlər üzərinə hücum baş tutmasa) onu himayə etsin. Beləliklə, Kir Kambizi İrana göndərib, özü qoşunla birgə çayı keçir. Bir günün içində Arazı keçən Kir Krezin təklifinə əməl edir. Düşərgəsində ən zəif dəstəsini qoyaraq, özü güclü qoşunları ilə geri çəkilir. Massaget hissələri düşərgəyə hücum çəkib, zəif farslara qələbə çalır. Krezin dediyi kimi, qələbəni qeyd etmək də yaddan çıxmır. Yeyib-içdikdən sonra massagetləri yuxu tutur. Beləliklə, onlar yuxuda ikən farsların hücumuna məruz qalır, bir çoxları ölür, bir çoxları isə əsir düşürlər. Massagetlərin sərkərdəsi, Tomirisin oğlu Sparqapis də əsir düşənlərin içərisində idi.

Tomiris qoşununun və oğlunun aqibətindən xəbər tutan kimi Kirin yanına çapar göndərir. Çapar deyir: "Qaniçən Kir! Öz hünərinlə öyünmə! Şərab başa vuranda siz farslar bu üzüm suyundan məst olur və ləyaqətsiz sözlər danışarsınız. Bax, elə həmin zəhrimarla da siz mənim oğlumun qoşununa qalib gəlibsiz. Əgər hiylə ilə qələbə çalmasaydınız, şərəfli döyüşdə silah gücünə heç nə eləyə bilməzdiniz. İndi gəl massagetlərin üçüncü hərbi hissəsini yenəndən sonra xoşluqla mənim məsləhətimə qulaq as: oğlumu qaytar və necə gəlmisənsə, eləcə də sağ-salamat çıx get. Əgər bunu etməsən, and olsun bütün massagetlərin pənahı olan Günəş allahına ki, mən doğrudan da səni qan gölündə boğaram."

Aleksandr Zikin çəkdiyi Tomrisin Kirin başını qan dolu tuluğa salmasını təsvir edən qravür

Kir isə bu sözlərə əhəmiyyət vermədi. Tomirisin oğlu Sparqapis şərabın dumanı başından çəkilən kimi hansı vəziyyətə düşdüyünü anlayır və Kirdən əllərini açdırmasını xahiş edir. Əlləri açılan kimi şahzadə özünü öldürür.

Tomiris Kirin məsləhətə qulaq asmadığını bilən kimi öz qoşunu ilə farslar üzərinə hücuma keçir. Bu, türk tayfalarının düşmənə qarşı keçirdiyi ən böyük və ən qanlı döyüş idi. Döyüşün gedişi haqda məlum olanlar bunlardır: əvvəlcə düşmən qoşunları üz-üzə duraraq, uzaqdan bir-birini oxa tutdular. Sonra nizə və xəncərlə əlbəyaxa döyüşə keçdilər. Döyüş uzanır, heç kim geri çəkilmək istəmirdi. Nəhayət, massaketlər qələbə çaldılar. Az qala farsların hamısı döyüş meydanında həlak oldu. Kirin özü də öldürüldü. Onun 29 illik hakimiyyətinə son qoyuldu. Tomiris şərab badəsini insan qanı ilə dolduraraq, Kirin cəsədini tapmağı əmr etdi. Onun başını badənin içinə soxaraq belə söylədi: "Mən sağ qalsam da, sən məni məhv etdin. Sən hiyləgərliklə mənim oğlumu əlimdən aldın. Mən demişdim ki, sənə qan içirdəcəyəm. İndi nə qədər istəyirsən, iç bu insan qanından."

Hadisənin məhz Azərbaycan ərazisində baş verdiyini nəzərə alsaq massaget tayfalarının harada yaşamaqlarını aydınlaşdırmaq məqsədəuyğun olardı. Massagetlərin məskunlaşdığı ərazinin müəyyən edilməsi indiyə kimi mübahisə predmeti olaraq qalır. Bir sıra tədqiqatçılar massaget tayfalarının məskunlaşdığı ərazini Xəzər və Aral dənizləri arasında yerləşdiyini qeyd edirlər[11][12][13][14][15]. Antik dövrün sonlarına və Erkən Orta əsrə aid qaynaqlara istinadən massagetlərin Azərbaycanın şimal-şərq bölgəsində yayıldıqları qeyd olunsa da, bu məskunlaşmanı e.ə. I əsrdən sonrakı dövrlərə aid edirlər[16][17]. Respublikamızın ərazisində massagetlərin göstərilən tarixdən də əvvəl yayıldıqlarına dair elmi-kütləvi ədəbiyyatda ara-sıra söylənən mülahizələr elmi cəhətdən yetərincə əsaslandırılmadığından elmi ictimaiyyət tərəfindən ciddi qarşılanmır.

Massagetlərin e.ə. I minilliyin ortalarında məskunlaşdıqları ərazi Herodotun əsərində belə təsvir olunur: "Onlar (yəni massagetlər) şərqdə, günəşin doğduğu tərəfdə, Araks çayının arxasında…yaşayırlar"[18]. Bənzər ifadə ilə II əsr müəllifi Dionisi Periegetin "Yerin təsviri" əsərində qarşılaşırıq: "…şərqdə, gurultulu Araksın qarşı tərəfində massagetlər yaşayır"[19].

Ehtimal olunur ki, Herodot "Arakses" adı altında üç fərqli çayı – Volqanı, Amudəryanı və indiki Arazı qarışıq salmışdır[20][21][22]. Bu onunla əsaslandırılır ki, onun əsərində "Araksın " təsviri hansısa konkret bir çaya uyğun gəlmir. Digər tərəfdən, massagetlərdən danışarkən Herodotun "deyirlər" sözünü işlətməsi güman etməyə əsas verir ki, onun məlumatları, o cümlədən Araz çayı haqqında informasiyası fərqli şifahi mənbələrdən alınmışdır. "Araks" çayı haqqında Herodot yazır: "Araks çayı matienlərin [ölkəsindən] axır…. Araksın qollarından biri açıq ərazilərdən Kaspi dənizinə axır"[23]. Əsərin başqa yerində o, "Araksı" "gündöğan [tərəfə] axan çay" kimi xarakterizə edir[24]. Güman olunur ki, Herodot massagetlərin təzyiqi ilə skiflərin "Araksı" keçdiyindən danışarkən Volqanı, II Kirin keçdiyi "Araks" hidronimində Amudəryanın qollarından birini, mənbəyi matienlərin ölkəsindən başlayan "Araks " deyərkən indiki Arazı nəzərdə tutmuşdur. Əhəməni dövləti ilə massagetlərin ölkəsi arasında sərhəddin Volqadan keçdiyi qeyri-mümkün görünür, çünki bu çay Xəzərə şimaldan tökülür.

Herodotun mənbəyi "matienlərin (ölkəsinədən)" başlayan, mənsəbi Xəzərdə bitən "Araks"ı ilə indiki Arazın coğrafi mövqeyi üst-üstə düşür. Eyni kontekstdə 3 dəfə Qafqaz dağlarının və onun sakinlərinin xatırlanması əbəs yerə deyildir[25]. Hesab olunur ki, Herodotun Araz haqqındakı məlumatı Miletli Hekateydən qaynaqlanır. Hekatey yazır ki, matienlərin ölkəsi "qordilərin ölkəsindən mosxların ölkəsinə qədər uzanır"[26]. Maraqlıdır ki, Ksenofont Matiena ölkəsindən başlayan Habur çayını "Araks" adlandırırdı[27]. "Armeniyadan gur axan Araks" deyərkən Strabon məhz bu çayı nəzərdə tuturdu[28]. Bundan fərqli olaraq, Strabona "mənbəyi Armeniyadan başlayan" digər "Araks" da məlum idi[29]. Məhz bu "Araks" mənbəyi Türkiyənin şimal-şərqindəki Bingöl silsiləsindən başlayan və Xəzərə tökülən indiki Arazla eyniləşdirilməlidir. "Matienlərin ölkəsi" Herodotun zamanında Əhəməni dövlətinin XVII satraplığına (Bu satraplığın ərazisi şərqdə Urmiya gölü ilə sərhədləndiyindən antik müəlliflər hidronimi "Matiena gölü" adlandırırdılar) daxil idi və burada matienlərlə yanaşı alarodilər və sasperlər də yaşayırdılar. Təbii ki, Əhəmənilərə heç vaxt boyun əyməyən massagetləri "Araks"/ Habur çayının axdığı bu satraplıqda lokalizə etmək olmaz.

Massagetlərin etnik kimliyi mübahisə predmeti olmaqda qalır. Məsələ ilə bağlı söylənən fikirlər, başlıca olaraq, antik yazarların ziddiyyətli məlumatlarına əsaslandığından birmənalı qarşılanmır. Onların maddi izləri konkret arxeoloji mədəniyyətlə eyniləşdirilmədiyindən məsələnin həlli daha da qəlizləşib. Bir çox tədqiqatçılar massagetləri skif-sak mənşəli tayfa hesab edirlər. Bunun başlıca səbəbi odur ki. Yustin, Polien və Frontin kimi antik müəlliflər Tomirisi skiflərin hökmdarı hesab edirdilər[30][31][32][33]. Antik dövr yazarlarının əsərlərində massagetlərin skiflərlə bağlılığına "işarə" edən iki faktı nəzərdən keçirmək yerinə düşür. Bunlardan birincisi, Herodotun yazdığına görə, "geyimlərinə və həyat tərzinə görə massagetlər skiflərə bənzəyir"[34]. İkincisi isə Strabonun "Coğrafiya" əsərində yazdığına görə, "xarəzmlilər skiflərin və massagetlərin tərkibinə daxil idilər"[35].

Həm Herodot, həm də Strabon massagetlərlə skiflərin eyniliyinə şübhə ilə yanaşırdı. Eyni coğrafi mühiti paylaşan fərqli etnosların yaşam tərzindəki bənzərliklər isə adi hal hesab olunmalıdır. Herodotun tanıdığı və haqqında bəhs etdiyi skiflər kimmerlərin ardınca Qafqazdan kecərək Madaya daxil olmuşlar, skiflər də, öz növbəsində, massagetlərin təzyiqi nəticəsində Ön Asiyaya hərəkət etmişlər[36]. Göründüyü kimi, həm kimmerlər, həm də skiflər Ön Asiyaya eyni marşrutla və eyni səbəbdən yayılmışlar. Bu marşrutun Qafqazdan keçdiyi şübhə doğurmur, çünki kimmerlərin nə vaxtsa Orta Asiyada yaşamalarına dair heç bir məlumat yoxdur. Mənbələrdəki məlumatların müqayisəli təhlili də göstərir ki, vaxtı ilə kimmer və skif yürüşlərinin yolları üzərində yerləşən Qafqaz keçidləri e.ə. VI yüzilliyin əvvəllərindən gec olmayaraq yeni toplumun, massagetlərin yayıldığı ərazilərə çevrilir. Məhz Qafqazdan danışarkən Pomponi Mela kadusilərlə yanaşı massagetləri yad edir. 135–136-cı illərdə baş verən hadisələri şərh edən Dion Kassi "soykökü massagetlərdən başlayan" albanları xatırlayır[37]. Ammian Marsellin də massagetlərin ölkəsinin albanların qonşuluğunda yerləşdiyini qeyd edirdi[38].

II Kirin Araz çayı sahilində Tomrislə döyüşməsindən əvvəl regionun ictimai-siyasi mənzərəsinə nəzər saldıqda bir daha məlum olur ki, massagetlərin yaşadığı coğrafiya Azərbaycan mühitindən kənarda yerləşmirdi. Bunu II Kirin 20 illik şahlığı dövründə bir sıra ölkələrə qarşı hərbi əməliyyatları da sübut edir.

Həlledici döyüş ərəfəsində yaranmış siyasi vəziyyət və hərbi əməliyyatların uğurlu keçməsi üçün II Kir hərbi-strateji tədbirləri də, nəticə etibarilə, Tomirisin rəhbəri olduğu massaget toplumunun Orta Asiyada deyil, Cənibu Qafqazda məskunlaşdığını söyləməyə əsas verir. Herodotun[39], Ktesinin[40] və Ksenofontun[41] məlumatları göstərir ki, Lidiyanın işğalından sonra e.ə. 545–539-cu illər ərzində II Kir Orta Asiyanın mühüm siyasi mərkəzlərini – Baktriyanı, Marqiananı, Xarəzmi, Sattaqidiyanı, Areyanı, Dranqiananı, Qedroziyanı, Araxoziyanı və Babilistanı zəbt etmişdi. Məntiqi baxımdan, massagetlər də, geniş Orta Asiya coğrafiyasının sakinləri kimi, e.ə. 539-cu ilə qədər Əhəmənilərin hakimiyyətinə tabe edilməli idilər və yalnız sonradan onların itaətdən çıxması II Kiri yeni hərbi əməliyyatlara sövq edə bilərdi. Lakin bütün mənbələr massagetlərin Əhəməni imperiyasının tərkibinə qatılmadıqlarını, müstəqilliklərini qoruyub saxladıqlarını vurğulayır.

Herodotun yazdığına görə Tomirisin təklifi ilə həlledici döyüşlər Arazdan şimala doğru 3 günlük məsafədə yerləşən düzən ərazidə baş vermişdi, halbuki Əhəməni əyanları döyüşün imperiyanın hüdudları daxilində aparılmasının tərəfdarı idilər[42]. O zaman Arazın suyu gur, yatağı dərin olduğundan Əhəmənilərin qoşun hissələri Krezin taktiki planına uyğun olaraq gəmilərdən körpü (sal) yaradaraq çayı keçə bilirlər. Bununla iş bitmirdi; döyüş meydanına çatmaq üçün daha 3 gün yol getmək lazım idi. Əhəməni qoşununun düşmən ərazidə dislokasiyasını məhdudlaşdıran mühüm amillərdən biri də, heç şübhəsis ki, proviant imkanlarından, yəni terli əhalinin hesabına ərzaq və texniki təchizatdan tamamilə məhrum olması idi. Burada Tomirisin seçdiyi hərbi-strateji planın effektliyi üzə çıxır; məqsəd Əhəməni ordusunu ağır manevrlərə təhrik etməklə yormaq və bu yolla da döyüş qabiliyyətini zəiflətmək idi. Görünür, bu planın tərkib hissəsi olan 3 günlük yol yaşayış yerlərindən uzaq, "ilan mələyən" quraq yerlərdən keçirdi. Belə ağır şərtlərlə qoşunun gün ərzində 35–40 km yol qət edə biləcəyini nəzərə alsaq, tərəflər arasında həlledici döyüşün Arazdan şimala doğru təxminən 110–120 km məsafədə baş verdiyini söyləmək olar. Hərbi əməliyyatlar massagetlərin tam qələbəsilə nəricələndi. Döyüş meydanında öldürülmüş II Kirin başını bədənindən ayırıb qanla dolu tuluğa salan Tomirisin düşmən üzərində qələbəsini Herodot belə vəsf etmişdi: "Mən sağ qaldım və döyüşdə səni məğlub etdim, sən isə oğlumu hiylə ilə tutmuşdun. Buna görə də səni, necə ki hədələmişdim, qanla doyduracağam"[43]. Massagetlərin qələbəsi Tomirisin vətən sevgisindən, elinə bağlılığından, düşmənə boyun əyməmək istəyindən doğurdu. Bu qələbə, eyni zamanda, qısa müddətdə neçə-neçə ölkələr fəth edən Əhəməni dövlətinin beynəlxalq nüfuzuna və imperiya iddialarına ağır zərbə vurdu. Massagetlərin II Kirin üzərində qələbəsi, həm də, Qafqaz xalqlarının tarixi ənənəsinə keçərək nəsillərin yaddaşına hopdu. Qəhrəmanlıq simvoluna çevrilən "Tomiris" adı və onunla məna eyniliyi təşkil edən Təhmraz, Teymuraz, Təhməz, Tamara kimi isimlər Qafqazda indi də yayılmaqdadır.

Tomris incəsənətdə

[redaktə | mənbəni redaktə et]

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  1. For the etymology see: F. Altheim und R. Stiehl, Geschichte Mittelasiens im Altertum (Berlin, 1970), pp. 127–8
  2. Adolf Erman: Archiv fur wissenschaftliche Kunde von Russland, Cilt 1, Reimer, 1968, s.386 Arxivləşdirilib 2014-03-04 at the Wayback Machine
  3. Necati Gültepe, Türk kadın tarihine giriş: Amazonlardan Bâcıyân-ı Rûmʼa, Ötüken, 2008, s.54–55 Arxivləşdirilib 2022-09-03 at the Wayback Machine
  4. İlyas Kara: Fedâi, Çatı Kitapları, 2008, s.17 Arxivləşdirilib 2023-07-27 at the Wayback Machine
  5. The Turks. Volume 1: Early Ages. Part 3: Old nomads of the steppes: Scythian age in Eurasia. Prof. Dr. A. Chay — Prof. Dr. I. Durmus, Scythians, Yeni Türkiye, Ankara 2002, S. 147–166 Arxivləşdirilib 2013-10-16 at the Wayback Machine, ISBN 975-6782-56-0
  6. İbrahim Ateş, Sadi Bayram, Mehmet Narince: 10. Vakıf Haftası, Vakıflar Genel Müdirlüğü Yayınları, 1993, s.147
  7. Ümit Hassan, Sina Akşin: Türkiye tarihi: Osmanlı devletine kadar Türkler, Cem Yayınevi, 1987, s.140
  8. Türk Kültürünü Araştırma Enstitütü. Türk kültürü: aylık dergi yayınlayan Türk Kültürünü Araştırma Enstitüsü, 11'ci Cilt, 1972, s.618 Arxivləşdirilib 2023-07-27 at the Wayback Machine
  9. Gazanfer İltar, Uluslararası Giresun ve Doğu Karadeniz Sosyal Bilimler Sempozyumu: 2008, Cilt 1, 2009, s.373
  10. Herodotos, I, s. 201–216
  11. Струве В. В. Поход Дария I на саков-массагетов // ИАН СССР, 1946, Том. 3, № 4, с. 231–250
  12. Дандамаев М. А. Поход Дария против скифского племени тиграхауда // КСИНА, 1963, 61, с. 175–187
  13. Пьянков И. В. К вопросу о маршруте похода Кира II на массагетов // ВДИ, 1964, № 3, с. 115–130
  14. Пьянков И. В. Массагеты Геродота // ВДИ, 1975, № 2, с. 46–70
  15. Литвинский Б. А. Древние кочевники "Крыши мира". Москва, 1972, с. 127, 172
  16. Гейбуллаев Г. А. К этногенезу азербайджанцев (историко-этнографическое исследование). Том I, Баку, 1991, с. 144
  17. Алиев И. О некоторых вопросах этнической истории Азербайджанского народа. Баку, 2002, с. 157–159; 177
  18. Herodotos, I, 201
  19. Dionis Perieget, 739–740
  20. Пьянков И. В. Массагеты Геродота…, с. 65–66
  21. Толстов С. П. Древний Хорезм. Москва, 1948, с. 53
  22. Куклина И. В. Этнография Скифии по античным источникам. Ленинград, 1985, с. 123
  23. Herodotos, I, 202
  24. Herodotos, IV, 40
  25. Herodotos, I, 203, 204
  26. Пьянков И. В. Массагеты Геродота…, с. 56–57
  27. Anabazis, IV, 19
  28. Strabon, XI, 4,2
  29. Strabon, XI, 3, 2
  30. Струве В. В. Поход Дария I…, c. 244
  31. Дандамаев М. А. Поход Дария…, с. 183
  32. Пьянков И. В. К вопросу…, с. 116
  33. Литвинский Б. А. Древние кочевники…, с. 159–163, 172
  34. Herodotos, I, 215
  35. Strabon, XI,8,8
  36. Strabon, XI, 6–7, 8
  37. Dion Kassi, LXIX, 15
  38. Ammian Marsellin, XXIII, 5, 16
  39. Herodotos, I, 177
  40. Persiaka, 29
  41. Cyropedia, I, 1, 4; V, 3
  42. Herodotos, I, 206
  43. Herodotos, I, 214

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]