II Kir

Böyük Kir, II Kir (ing. Cyrus the Great; farsca: کوروش بزرگ, Kuruş-e Bozorg), Midiyalı Kir (təq. e.ə. 600, Anşane.ə. 530, Sırdərya[1]) – qədim İran padşahı və Əhəmənilər İmperiyasının banisi. II Kirin başçılığı altında Əhəməni İmperiyası cənub-qərbi Asyanın tamamını fəth edərək, ərazisinə görə o zamanlara qədər dünyada görünməyən genişlikdə bir dövlətə çevrilmişdir.[2]

II Kir
Qədim fars dilində: Kuruş
Farsca: کوروش بزرگ (Kuruş-e Bozorq-Böyük Kir), və ya کوروش دوم (Kuruş-e Dovvom-II Kir)
ƏvvəlkiI Kambiz (Anşan vilayəti padşahı olaraq)
İştiməngü (Midiya Şahənşahı olaraq)
SonrakıII Kambiz
Şəxsi məlumatlar
Doğum tarixi təq. e.ə. 600
Doğum yeri
Vəfat tarixi e.ə. 530
Vəfat yeri Seyhun, Skifiya, və ya Araz çayı, Massaget xanlığı
Vəfat səbəbi döyüşdə ölüm
Fəaliyyəti suveren[d], hərbi lider[d], təşkilati təsisçisi[d], monarx
Anası Mandana
Uşaqları II Kambiz, Bardiya, Artistona, Atossa, Rəqsanə
Ailəsi Əhəmənilər sülaləsi
Dini Zərdüştçülük
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Herodot göstərir ki, Midiya sarayında fars meylli qüvvələr gizli fəaliyyət göstərirdi. Bir qrup əyan ba‏şda Harpaq olmaqla II Kir ilə əlaqəyə girir və onun hakimiyyətə ələ keçirməsinə kömək edirdilər.[3] Farslar uzun müddətli müharibələrdə madayların mövqeyinin zəifləməsindən istifadə edərək üsyan qaldıraraq özlərini müstəqil elan etmiş və nəticədə Midiya dövlətini parçalamışlar.[4]

Fars qüvvələrinin başında Astiaqın nəvəsi (qızı Mandananın oğlu) II Kir dururdu. Astiaq qızı Mandananın doğulacaq uşağının gələcəkdə onun üçün təhlükə törədəcəyi ilə bağlı yuxu[5] gördükdən sonra, Harpaqı uşaq doğulan kimi onu öldürməsi üçün Anşana göndərir. Harpaq isə əlini hökmdar nəslindən olan insanın qanına bulamaq istəmədiyi üçün uşağı (II Kir) Mitridat adlı bir çobana verir və o da uşağı öz övladı kimi böyüdür.[6]

Ön il keçdikdən sonra, Kirin sağ olmasını öyrənən Astiaq bundan qəzəblənərək Harpaqı cəzalandırır. O, onun yeganə oğlunu kəsdirərək, sarayda təşkil olunmuş ziyafətdə içində uşağın atası Harpaqın da olduğu saray adamlarına yedirdir. Harpaq ziyafət zamanı bunu öyrəndikdən sonra, heç bir reaksiya verməyərək sakitcə oğlunun qalıqlarını masalardan toplayaraq məclisdən çıxır və qalıqları dəfn edir. Astiaq daha sonra, maqlarla Kirin taleyini necə həll etmək haqqında məsləhətləşməyə başladı. Onlar, dağda yoldaşları ilə oyun oynayarkən tapılan uşağın kəhanəti gerçəkləşdirərək onun hakimiyyətini əlindən ala biləcəyini, ona görə də saraydan uzaqda saxlanması gərəkdiyini söylədilər. Onların məsləhəti ilə, Astiaq uşağı valideynləri I KambizMandananın yanına, Anşana (xarablıqları Şiraz yaxınlığında yerləşən qədim şəhər) göndərdi.[7]

Kir e.ə. 559-cu ildə hakimiyyətdə öz atasını əvəz edir və e.ə. 553-cü ildə çoxdan Astiaqdan qisas almaq istəyən Harpaqın məsləhəti ilə babaı Midiya hökmdar Astiaqa qarşı üsyan qaldırır.[8] Tərəflər arasında irili xırdalı bir neçə döyüş baş verir. Farslarmadaylar arasında gedən müharibənin üçüncü ilində, Pasarqad döyüşündə maday ordusu hökmdarın əmrlərinə tabe olmayaraq dağılır və beləliklə də maday sülaləsi devrilir.[9] Midiya dövlətinin varlığına son qoyulur. Kir Astiaqın hakimiyyətini əlindən alır.[10]

  1. Freebase Data Dumps. Google.
  2. Kuhrt, A. 13 // The Ancient Near East: C. 3000-330 BC. Routledge. pp. 647. ISBN 0-4151-6762-0.
  3. Herodot, 1.127.1
  4. Pierre Briant: "Od Kira do Aleksandra: Povijest Perzijskog Carstva" (From Cyrus to Alexander: A History of the Persian Empire), preveo Peter Daniels, Indiana: Eisenbrauns, 2002., str. 28.
  5. Herodotus correctly names Cyrus' parents, though he does not know that Cambyses was a king. cf. How, W. W., & Wells, J. (1991). A commentary on Herodotus with introduction and appendixes. Oxford [Oxfordshire]: Oxford University Press. i.107
  6. James Ussher, Larry Pierce i Marion Pierce, str. 109.
  7. Walter Burkert, Homo Necans, 1983:103–09.
  8. M. A. Dandamaev, A Political History of the Achaemenid Empire, tr. W. J. Vogelsang, (1989) Arxivləşdirilib 2014-09-10 at the Wayback Machine p. 17–18
  9. Duncker, Max, The History of Antiquity, tr. Evelyn Abbott, p. 350. London, Richard Bentley * Son (1881) p. 350.1.1
  10. Duncker, Max, The History of Antiquity, tr. Evelyn Abbott, p. 351. London, Richard Bentley * Son (1881) p. 351.8

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
II Kir
Doğum: e.ə. 600 Vəfat: e.ə. 530
Hakimiyyət titulları
Sələfləri 
Əhəmənilər imperiyasını qurdu

(Astiaq Midiya İmperiyası)


Əhəmənilər imperiyası Şahı

?- e.ə. 530
Xələfləri 
II Kambiz
Sələfləri 
I Kambiz

Əhəmənilər Krallığı Şahı

e.ə. 559- e.ə. 530
Xələfləri 
Əhəmənilər imperiyasını quruldu