Tomsonit

Tomsonit – NaCa2 [Al5Si5O20] • 6 H2O — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.

Tomsonit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya rombik[d]
Zolaq rəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Növ müxtəliflikləri

[redaktə | mənbəni redaktə et]

Kaliumlu, kalsiumlu, stronsiumlu tomsonitlər.

Rəng – rəngsiz, ağ, çəhrayı, yaxud qəhvəyi; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşədən sədəfiyədək; Şəffaflıq – şəffafdan yarım-şəffafadək; Sıxlıq – 2,10–2,40; Sərtlik – 5–5,5; Kövrəkdir; Ayrılma – {010} üzrə mükəmməl; {100} üzrə orta; Sınıqlar – pilləli, qeyri-hamar, tikanlı; Morfologiya – kristallar: lövhəli və prizmatik; İkiləşmə: {110} üzrə; Mineral aqreqatları: radial-şualı və dərz şəkilli əmələgəlmələr, sferolitlər.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Əsasi effuziv süxurların boşluqlarında rast gəlir. Fəal vulkanizm rayonlarında başqa seolitlərlə birlikdə müxtəlif vulkanitlər üzrə inkişaf edir və plagioklazları, tünd rəngli mineralları və vulkanik şüşəni əvəz edir; nefelinli siyenitlərdə nefelinin dəyişilmə məhsulu kimi müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: kalsit, analsim, fillipsit, şabazit, qonnardit, natrolit. Mineralın tapıldığı yerlər: Oaxy rayonu (Havay adaları); Kamçatka, Kuril adaları (Rusiya); Yeni Zelandiya; Dumbarton (Şotlandiya). Azərbaycanda Kiçik Qafqazın Qazax və Ağcakənd çökəkliklərində, həmçinin Xocavənd (Dağlıq Qarabağ), Kəlbəcər, Laçın rayonlarında, Naxçıvan MR-da, Dağlıq Talışda rast gəlir.

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]