Toni Caa (ingiliscə:Tony Jaa, 5 fevral 1976) — Tayland döyüş sənətləri ustası, aktyoru, rejissoru və kaskadyorudur.
Japanom Yeerum | |
---|---|
tay จาพนม ยีรัมย์ ing. Tony Jaa | |
| |
Doğum adı | Worawit Yeerum |
Doğum tarixi | |
Doğum yeri | Tayland |
Fəaliyyəti | aktyor, döyüş sənəti ustası, ssenari müəllifi, prodüser |
Fəaliyyət illəri | 1997-indiyədək |
IMDb | ID1388074 |
Vikianbarda əlaqəli mediafayllar |
Toni Caa (əsl adı Panom Yeerum) 5 fevral 1976-cı ildə Taylandın Surin şəhərində doğulub. Kuy nəslindəndir və Tay, Şimali Xmer və Kuy dilində danışa bilir. 11–12 yaşı olanda atası evlərinə televizor alır, ancaq televizorda Brüs Li , Cet Li və Ceki Çanın filmlərinə baxır və bu aktyorlara olan simpatiyası ona döyüş üzrə aktyor olmağa həvəsləndirir. Onlar ona o qədər ilham vermişdi ki, ev işləri edərkən və ya dostları ilə oynayarkən, atasının düyü çəltikində məşq edərək gördüyü hərəkətləri təqlid edərdi. 2004-cü ildə verdiyi bir müsahibədə Caa belə demişdi: "Onların etdikləri (Ceki Çan, Brüs Li, Cet li) o qədər gözəl idi ki, mən belə etmək istədim. Gördüyüm hərəkətləri tam olaraq edənə qədər məşq etdim". 1986-cı ildə "Born to figh" (azərbaycanca:Döyüş üçün doğulmaq) filminə baxaraq daha da həvəslənir və öz qarşısına döyüş üzrə film kino ulduzu olmağı qoyur. Universitetdə oxuyarkən Taekvondo və Cüdo ilə məşğul olur. Bundan sonra Panom öz sənəti olan Muay Tay sənətini öyrənir. İlk dəfə 1997-ci ildə çəkilən Ölümcül döyüş 2: Məhv etmək filmində Robin Şu və Ceyms Remarın dublyorluğunu edib. 2003-cü ildə isə özünün "Onq-Bak: Muay Tay döyüşçüsü" filmi ekrana çıxır və məşhurlaşmağa başlayır.