Toqquşma hadisələri və ya kosmik toqquşma (ing: impact event) böyük meteorit, asteroid, kometa və ya digər astronomik obyektin Yer və ya başqa planetlə toqquşması hadisəsi kimi müəyyən edilmişdir. Qeydə alınmış tarix boyu yüzlərlə kiçik toqquşma hadisəsi (yaxud partlayan kometalar) qeydə alınmışdır ki, onlardan bəziləri ölüm, yaralanma, maddi ziyan və ya digər mühüm regional nəticələrlə nəticələnmişdir. Okean və ya dənizdəki toqquşma hadisəsi həm dənizdə, həm də sahil xətti boyunca dağıdıcı olan nəhəng sunami dalğalarına səbəb ola bilər.
Sonuncu böyük toqquşma hadisəsi eramızdan əvvəl 700-cü ildə Estoniyada olmuş və bu toqquşma nəticəsində Kaali krateri yaranmışdır.
Elm dünyası həqiqi meteorit toqquşmalarından xəbərdar olduqdan bəri, meteorit toqquşmaları elmi fantastika dünyasında istifadə edilən mühüm elementlərdən biri olmuşdur və saysız-hesabsız kompliyator nəzəriyyəsinin formalaşmasına səbəb olmuşdur.
Bu məqalə qaralama halındadır. |