Meteoritlər

Meteorit və ya aerolit[1] — elə nisbətən böyük kütləyə malik obyektlərdir ki, onlar Yerin cazibə sahəsinə daxil olarkən meteorlar kimi atmosferdə yanıb yox olmur və yerin səthiə düşürlər. İndiyədək yerdə 3000-ə qədər meteorit tapılıb. Güman etmək olar ki, ibtidai insanlar bu meteorit parçalarından metal alətlər düzəltmək üçün istifadə etmişlər.[2]

Meteoritlərin kimyəvi tərkibi

[redaktə | mənbəni redaktə et]

Meteoritlər kimyəvi tərkiblərinə görə üç qrupa bölünür: daş (aerolit), dəmir-daş (sidepolit) və dəmir (siderit)

Aerolitin tərkibində 47% oksigen, 21% silisium, 16% dəmir, 14% maqnezium və 2% qarışıq vardır. Buradan görünür ki, daş meteoritin tərkibində O və Si elementlərinin nisbi miqdarı yer qabığındakına yaxındır, metal isə çoxdur.

Siderolitin tərkibində 55% dəmir, 19% oksigen, 12% maqnezium, 8% silisium, 5% nikel və 1% qarışıq vardır.

Siderit 91% dəmirdən, 8% nikeldən, 0,5% kobaltdan və qalan çox az hissə fosfor, kükürd və başqa qarışıqlardan ibarətdir.[2]

Meteorit növlərinin kimyəvi tərkibinin müqayisəsindən onlara verilən adların tərkiblərinə uyğun olduğu görünür. Qeyd edək ki kimyəvi elementlərinin faizlərini göstərən qiymətlər meteoritdən asılı olaraq öz yaxın ətrafında nisbətən aşağı və ya yuxarı ola bilər.

Meteoritlərin quruluşu və yaranma şəraiti

[redaktə | mənbəni redaktə et]

Quruluş və yaranma şəraitinə görə meteoritlər iki qrupa bölünürlər: differensasiya olunmuş meteoritlər və xondritlər.

Differensasiya olunmuş meteoritlər böyük cismin ( asteroidin) dağılmasından əmələ gəlir, xondiritlər isə kiçik hissəciklərin birləşməsindən yaranır.

Azərbaycan ərazisində Qazax rayonu ərazisinə, Ağcabədi rayonunun Hindarx bölməsinə və nəhayət , Yardımlı rayonu ərazisinə isə kütləsi 127 kq olan meteorit düşmüşdür.

Yardımlı meteoriti

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Yardımlı meteoriti

Azərbaycan ərazisinə düşən məlum olan ən böyük meteoritdir, 1959-cu ildə Yardımlı rayonunda dağlıq əraziyə düşmüş, çəkisi 127 kq, əsas tərkib hissəsi dəmirdir.[3][4]

  1. аеролит // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 128.
  2. 1 2 R.Ə.Hüseynov Astronomiya "Maarif", 1997
  3. "Arxivlənmiş surət". 2021-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-17.
  4. "Arxivlənmiş surət". 2008-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-17.