Valentino Matsola (it. Valentino Mazzola; 26 yanvar 1919[1] – 4 may 1949) — İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. İtaliya A Seriyasının 1949-cu ildə bombardiri olub. İtaliya millisinin və "Torino" klubunun kapitanı olub.[2]
Valentino Matsola | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 26 yanvar 1919[1] |
Vəfat tarixi | 4 may 1949 (30 yaşında) |
Vətəndaşlığı | |
Boyu | 170 sm |
Çəkisi | 75 kq |
Mövqeyi | hücumçu |
Vikianbarda əlaqəli mediafayllar |
17 Torino oyunçusu da daxil olmaqla 31 nəfərin həyatına son qoyan Superga təyyarə qəzasında faciəvi şəkildə həyatını itirib. Məşhur futbolçular Alessandro Matsola və Ferruccio Matsolanın atasıdır.
Valentino Matsola fəhlə ailəsində anadan olub. Ailədə ondan başqa 4 qardaşı olub. Valentinonun doğulmasından qısa müddət sonra atası vəfat edir və anası uşaqları tək böyütməli olur. Ailəyə kömək etmək üçün Valentino ibtidai məktəbdən çıxır və işləməyə başlayır. Matsolanın 10 yaşı olarkən Adda çayında boğulan bir oğlanın həyatını xilas edir. Bu uşaq bir neçə il sonra futbol oynamağa başlayacaq və gələcəkdə "Milan"ın kapitanı olacaq Andrea Bonomi idi. Matsola gənc yaşlarından futbolla maraqlanırdı bu səbəbdən Matsola bir dəfə polisə çağrılır. Səbəb isə, Matsolanın məhlədə futbol oyunu toynamaq üçun qapı qurması və qapının toru üçun balıqçıların torunu göturməsi olur.[3] .
Matsolanın ilk komandası 14 yaşında oynamağa başladığı və Trevilyo şəhərinin gənclər çempionatında debüt etdiyi "Carlo Tresoldi İdman Qrupu" idi. Eyni zamanda o, klubun sahibinə məxsus bir müəssisədə işləyirdi.[3] 1936-cı ildə Matsola öz bölgəsinin 1-ci divizionunda çıxış edən klubun əsas komandasında debüt edir.
1938-ci ildə Matsola zavodunda işlədiyi Alfa Romeo şirkətinin futbol komandasına keçir. Bu klubda Matsola cəmi 1 mövsüm keçirdir və II Dünya Müharibəsinin başlanmasına görə Venesiyada yerləşən bir donanmaya hərbi xidmətə çağrılır. Matsola Dəniz Donanmasında futbol oynamağa davam edir və sonra yerli klub olan "Venesiya" klubuna keçir. Komandanın rəhbərliyi Matsolanın oyununu bəyənir. Ancaq bir problemi yaranır. Futbolçu üçun buts tapılmır. Buna görə gəmidəki zabitlər Matsolanın məşqə getməsinə mane olmaq istəyəndə Matsola "Mən hətta ayaqyalın oynaya bilərəm" deyir.
"Venesiya"da Matsola hücumun sol cinahına oynayır və 31 mart 1940-cı ildə "Latsio" ilə oyunda debüt edir. 1941-ci ildə "Venesiya" klubu "Roma" klubunu iki matçda məğlub edərək İtaliya kubokunu qazanır.[4] Növbəti il Matsola "Venesiya" ilə milli çempionatda 3-cü yeri tutur və 5 aprel 1942-ci ildə Xorvatiya ilə yoldaşlıq görüşündə İtaliya millisində debüt etdi. Milli komandanın növbəti oyununda Matsola İspaniya qapısını qol vuraraq milli komandadakı ilk qolunu vurur.
1942-ci ilin yayında futbolçu "Torino" klubuna keçir.
1943-cü ildə "Torino" ilə birlikdə İtaliya S Seriyası Çempionluğunu qazanır. "Torino" klubu 1944-cü ildə 2-ci yeri tutur, Matsola isə mövsumdə 11 qol vurur. Sonrakı ardıcıl 4 mövsumu "Torino" ilə birlikdə İtaliya çempionu olur. 1947-ci ildə 27 qol ilə İtaliya A Seriyasının bombardiri olur.
3 may 1949-cu ildə Torino Lissabonda yerli "Benfika" klubu ilə yoldaşlıq oyunu keçirməli idi. Oyun Portuqaliyalı futbolçu Çico Ferreyranın futboldan ayrılmasına həsr edilmişdi və oyunun təşkilatçılarından biri xəstəliyinə baxmayaraq komanda ilə birlikdə uçan Valentino Matsola idi. Turinə qayıdan zaman təyyarə artan turbulentlik zonasına düşür və qəzaya uğrayır. Matsola da daxil olmaqla 31 nəfər həyatını itirir. 6 may 1949-cu ildə komanda ilə birlikdə dəfn edilir.
Matsola iki dəfə evlənir. Evlilikdən Sandro və Ferruccio (Torino prezidenti Ferruccio Novonun şərəfinə) adlı iki oğlu vardı. 1946-cı ildə valideynləri boşandıqdan sonra Sandro atası ilə, Feruccio anası ilə birlikdə yaşamağa başlayır.
Məşhur Braziliyalı futbolçu Joze Altafini mətbuat tərəfindən Matsola adlanırdı.