Torpaq sovkası

Qəşəng yaşıl sovka (lat. Dichagyris musiva) — Pulcuqluqanadlılar dəstəsinə, Sovkalar fəsiləsinə aid kəpənək növü.

Torpaq sovkası
Albocosta musiva.jpg
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Torpaq sovkası
Beynəlxalq elmi adı

Təsviri[redaktə | mənbəni redaktə et]

Qanadları açılmış halda 38 –44 mm-dir. Rəngi qırmızımtıl – qəhvəyi olub, qara pulcuqlarla qarışıqdır. Kostal kənar açıq – sarı (krem) rəngindədir. Pazşəkilli ləkə aydın görünmür. O, ya yayılmış halda olur, ya da bir neçə qara pulcuq şəklində görünür. Eninə uzanan 1-ci zolaq görünmür, 2-ci eninə zolaq qaradır. Qanadın əsaında yerləşən yumuru ləkənin ortası qara olub, qanadın kostal kənarı ilə dövrələnmiş və nazik zolaq şəklində yumuru ləkənin altına qədər uzanır. Böyrəkşəkilli naxış bozumtul – qəhvəyi rəngdə olub, açıq rəngli xətlə haşiyələnmişdir. Arxa qanadı bozumtul açıq – sarı rəngdədir. Kənarları sarı saçaqlarla əhatələnmişdir.[1]

Yayılması[redaktə | mənbəni redaktə et]

Avropa, Sibir, Monqolustan, Qazaxıstan, OrtaMərkəzi Asiya, Çin, Yaponiya, Azərbaycanda Böyük və Kiçik Qafqazın dağətəyi və dağlıq meşələri, Lənkəranın dağ – səhralıq yerləri.[2]

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Dağətəyidağ meşələrinin açıqlıqları. Dağ – səhrasının tuqay meşələri. Həyat tərzi tam öyrənilməmişdir. Tırtıl mərhələsində qışlayır. Yumurtasını torpağa qoyur. Kəpənəyi iyunun əvvəllərində sentyabra qədər uçur. Yaşlı tırtılların rəngi sarımtıl – yaşıl rəngdə olub, may və sentyabrda qatıqotu, kasnı və digər ot bitkiləri ilə qidalanır.[3]

Sayı[redaktə | mənbəni redaktə et]

Cəmi 3 kəpənəyi Zuvandın Qasmalyan kəndindən sentyabrın əvvəlində işıqdan tutulmuşdur.

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Yaşadığı biotopların əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması ilə yoluxması.

Qorunması üçün məsləhət görülmüş tədbirlər[redaktə | mənbəni redaktə et]

Yaşayış yerlərini qorumaq və kəpənəklərin toplanmasını qadağan etmək.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Qırmızı Kitabı. 1989 İl
  2. Azərbaycan Qırmızı Kitabı, II Cild, Bakı, 2013
  3. Кожанчиков И.В. Фауна СССР. Насекомые — чешуекрылые. Совки (подсем. Agrotinae), Академии Наук СССР, т. ХIII, вып. 3, М.–Л., 1937, с. 432–434.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Yaşıl torpaq sovkası

Alp satiri

Hilata

Xrizip

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "European Butterflies and Moths". 2011-07-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-01.
  2. Azərbaycan Qırmızı Kitabı. 1989 İl
  3. Azərbaycan Qırmızı Kitabı, II Cild, Bakı, 2013

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]