Tosa gündəliyi

Fucivara no Teyka (1162-1241) tərəfindən dəqiqliklə köçürülmüş "Tosa Nikki".

Tosa Nikki (土佐日記?, azərb. Tosa gündəliyi‎) – X əsr yapon şairi Ki no Tsurayuki tərəfindən yazılmış poetik gündəlik.[1] Mətn Tsurayukinin əyalət qubernatoru olduğu Tosa əyalətindən 935-ci ildə Kiotaya qayıdarkən etdiyi 55 günlük səyahəti əhatə edir. Səyahətin gündəliyi şeirlərlə verilmişdir.

"Tosa Nikki" Yaponiya ədəbiyyatında nikki (gündəlik) janrı üçün ilk mötəbər nümunə hesab olunur. O vaxta qədər "nikki" sözü hökumət və ya ailələr tərəfindən tərtib olunan quru rəsmi qeydlərə şamil edilirdi və kişilər tərəfindən çincə yazılırdı. Lakin "Tosa Nikki" yapon dilində yazılmış, hətta kanalardan istifadə olunmuşdur. Dövrün ədəbiyyatla məşğul olan kişiləri mətnləri kana və Çin heroqlifləri ilə yazırdılar, lakin qadınların Çin heroqliflərindən istifadə etməsi yaxşı qarşılanmadığından ancaq kana ilə yazırdılar. Qadın nəqlçinin prespektivindən əsəri yazan Tsurayuki Çin heroqliflərindən istifadə etməkdən qaçınmış, əvəzində Yaponiya dili və poeziyasının estetikasını vurğulamağa çalışmışdır.[2]

  1. Keene, Donald 1999. Seeds in the Heart: A History of Japanese Literature, Volume 1. New York: Columbia University Press, p.361-366
  2. Matsumura, Seiichi et al, 1973. Nihon Koten Bungaku Zenshū v. 9. Tokyo: Shogakukan, introductory essay.