Matey Tot (slovak. Matej Tóth; 10 fevral 1983[1], Nitrа) — Slovakiya yungül atletika idmançısı, idman yürüşündə çıxış edir. 50 km məsafədə 2015 dünya çempionu və 2016 Olimpiya çempionu. Dörd Olimpiya Oyunlarının iştirakçısı (2004, 2008, 2012, 2016).
Matey Tot | |
---|---|
slovak. Matej Tóth | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 10 fevral 1983[1] (41 yaş) |
Doğum yeri |
|
Boyu | 1,85 m |
Çəkisi | 73 kq |
İdman növü | yüngül atletika |
2004-cü il Olimpiya Oyunlarının iştirakçısı 20 kilometr məsafədə 32-ci yer, Pekin Olimpiadasında 20 kilometr məsafədə 26-cı yer, 2012-ci il Olimpiya Oyunlarında 50 kilometr məsafədə 7-ci yeri tutdu.
2015 Dudinska Patdesiatka yarışının 3:34.38 nəticəsi ilə qalibi oldu.[2] Bu nəticə yarışın ən yaxşı 3-cü nəticəsi oldu, bu məsafəni ondan daha sürətli Robert Korjenevski və Denis Nijeqorodov qət etmişdilər.[3] Podebrady Race Walk yarışında 20 kilometrlik yürüşdə 2-ci yeri tutmuşdur.
2006-cı ildə Slovakiyanın ən yaxşı idmançısı seçilmişdir.[4] 2016-cı ildə Slovakiyada ilin idmançısı adını qazanmışdır.[5]