Tour d'Azerbaïdjan (İran) — 1986-cı ildən İran Azərbaycanında keçirilən BVİ 2.1 çoxmərhələli velosiped yarışı. Bu tur İranda ən prestijli, Asiyada isə ən qədim veloturdur. Tur marşrutları İran Azərbaycanının ən böyük şəhəri olan Təbrizdən başlayır və Urmiya gölü , Urmiya , Culfa , Meşginşəhr , Səreyn və Kəleybərdən keçərək yenidən Təbrizdə başa çatır.
Azərbaycan Turu , fars. تور دوچرخهسواری بینالمللی آذربایجان | |
---|---|
Yer | İran |
Tarix | hər ilin may ayı |
Sayt | tourdeazerbaidjan.com |
Azərbaycan Turu (İran) "Tur de Urmiya gölü" adı ilə 1986-cı ildə Əsgər Xodayari və Əkbər Qoharxani tərəfindən yaradılmışdır. Turun mərhələləri bir neçə dəfə dəyişdirilmişdir. 2010-cu ildə turun bir mərhələsi Azərbaycanın muxtar respublikası olan Naxçıvanda keçirilmişdir.[1] 2013-cü ildə Azərbaycan Beynəlxalq Velosiped Turu adı dəyişdirilərək Tur Azərbaycan (İran) adlandırıldı. 2016-cı ildə ilk dəfə ABŞ-dən olan "Team Illuminate" velosiped komandası yarışa qatılacaqlarını elan etdi. Onlar "velosipedin insanları necə birləşdirə biləcəyini" göstərmək istədiklərini bildirdilər. İranda prezident seçkiləri ərəfəsində seçkilər ilə üst-üstə düşməməsi üçün turun 32-ci buraxılışı maydan oktyabr ayına dəyişdirildi. Turun səlahiyyətlisi, növbəti illərin cədvəlinin həmişə olduğu kimi may ayında olacağını açıqladı.[2]
2020 və 2021-ci illərdə yarış keçirilmədi.
İl | Birinci yer | İkinci yer | Üçüncü yer |
---|---|---|---|
Azərbaycan Turu | |||
1986 | Mohammad Reza Bajool (İRAN) | Davoud Zeynali (İRAN) | Abdolqasem Rahmaniyan (İRAN) |
1987 | Mohammad Reza Bajool (İRAN) | Hassan Milani (İRAN) | Ahad Pourniyazi (İRAN) |
1988 | Mohammad Reza Bajool (İRAN) | Akbar Amjadi (İRAN) | Mehran Safarzadeh (İRAN) |
1989 | Hossein Mahmoudi (İRAN) | Mostafa Chaychi (İRAN) | Alireza Zangiabadi (İRAN) |
1990 | Hossein Mahmoudi (İRAN) | Abas Ismaili (İRAN) | Alireza Zangiabadi (İRAN) |
1991 | Tamer Avral (TÜR) | Ayhan Aytakin (TÜR) | Jamal Sheykhooni (SUR) |
1992 | Hassan Sharifzadeh (İRAN) | Khosrow Qamari (İRAN) | Hussain Eslami (İRAN) |
1993 | Kasta Kolov (TKM) | Majid Vafaei (İRAN) | Azari (İRAN) |
1994 | Dmitrij Katmakov (TKM) | Majid Sheyk (SUR) | Manis Shabloni (ERM) |
1995 | Yurij Chekov (QAZ) | Valery Tityev (KGZ) | Hossein Askari (İRAN) |
1996 | Sergej Belousov (QAZ) | Ahad Kazemi (İRAN) | Kosonov (QAZ) |
1997 | Andrey Mizurov (QAZ) | Valery Titiyov (QAZ) | Sergej Belousov (QAZ) |
1998 | Ahad Kazemi (İRAN) | Ghader Mizbani (İRAN) | Andrej Kashin (QAZ) |
1999 | Ahad Kazemi (İRAN) | Hossein Askari (İRAN) | Ghader Mizbani (İRAN) |
2000 | Ghader Mizbani (İRAN) | Hossein Maleki (İRAN) | Ahad Kazemi (İRAN) |
2001 | Ahad Kazemi (İRAN) | Hossein Askari (İRAN) | Vazgen Golijaniyan (ERM) |
2002 | Ghader Mizbani (İRAN) | Mert Mutlu (TÜR) | Ahad Kazemi (İRAN) |
2003 | Ahad Kazemi (İRAN) | Mehdi Sohrabi (İRAN) | Pawel Novdak (TÜR) |
2004 | Alexey Kolessov (QAZ) | Mostafa Rezaei Khormizi (İRAN) | Mert Mutlu (TÜR) |
2005 | Ghader Mizbani (İRAN) | Ahad Kazemi (İRAN) | Omar Hasanein (SUR) |
2006 | Ghader Mizbani (İRAN) | Ahad Kazemi (İRAN) | Mostafa Rezaei Khormizi (İRAN) |
2007 | Hossein Askari (İRAN) | Ghader Mizbani (İRAN) | Rahim Ememi (İRAN) |
2008 | Hossein Askari (İRAN) | Ghader Mizbani (İRAN) | Ahad Kazemi (İRAN) |
2009 | Ahad Kazemi (İRAN) | Hossein Askari (İRAN) | Ghader Mizbani (İRAN) |
2010 | Ghader Mizbani (İRAN) | Amir Zargari (İRAN) | Hossein Askari (İRAN) |
2011 | Mehdi Sohrabi (İRAN) | Hossein Askari (İRAN) | Ghader Mizbani (İRAN) |
2012 | Javier Ramírez (İSP) | Abbas Saedi Tanha (İRAN) | Hossein Askari (İRAN) |
İran Turu (Azərbaycan) | |||
2013 | Ghader Mizbani (İRAN) | Milan Kadlec (ÇEX) | Amir Kolahdozhagh (İRAN) |
2014 | Ghader Mizbani (İRAN) | Samad Pourseyedi (İRAN) | Ramin Mehrabani (İRAN) |
2015 | Samad Pourseyedi (İRAN) | Rahim Ememi (İRAN) | Ramin Mehrabani (İRAN) |
2016 | Samad Pourseyedi (İRAN) | Ahad Kazemi (İRAN) | Rahim Ememi (İRAN) |
2017 | Rob Ruijgh (NİD) | Ilya Davidenok (QAZ) | Nicola Toffali (ITA) |
2018 | Dmitry Sokolov (RUS) | Meron Abraham (ERI) | Venantas Lašinis (LİT) |
2019 | Savva Novikov (RUS) | Cristian Raileanu (MDA) | Youcef Reguigui (ALG) |
2022 | Gianni Marchand (BEL) | Saeid Safarzadeh (İRAN) | Dawit Yemane (ERI) |
Qalibiyyət sayı | Sürücü | Ölkə | İl |
---|---|---|---|
7 | Ghader Mizbani | İran | 2000, 2002, 2005, 2006, 2010, 2013, 2014 |
5 | Ahad Kazemi | İran | 1998, 1999, 2001, 2003, 2009 |
3 | Mohammad Reza Bajool | İran | 1986, 1987, 1988 |
2 | Hossein Mahmoudi | İran | 1989, 1990 |
Hossein Askari | İran | 2007, 2008 | |
Samad Pourseyedi | İran | 2015, 2016 |