Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir.(mart 2024) |
Azərbaycan Turu, Tour d'Azerbaïdjan (tələffüzü: Tur dö Azerbaycan) və ya Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur (ing. Heydar Aliyev Anniversary Tour) — "BVİ Avropa Turu" çərçivəsində hər il may ayında Azərbaycanda keçirilən 2.1 çoxmərhələli velosiped yarışı. İştirakçılar hər gün yarışın yeni bir mərhələsinə start verir. Velotur Azərbaycanın 7 regionunda keçirilir və ölkənin paytaxtı olan Bakı şəhərində sona çatır. Veloturun keçirildiyi digər şəhərlər arasında Oğuz, Mingəçevir, Sumqayıt, Şamaxı, İsmayıllı, Qəbələ və Şəki var.
Azərbaycan Turu | |
---|---|
Yer | Azərbaycan |
Tarix | hər ilin may ayı |
İştirakçılar | 132 – 31 (2017) ölkədən |
Komandalar | 21 (2017) |
İlk qalib | Yusif Regigi (ALG) |
Sayt | tourdeazerbaidjan.com |
Çempion | |
Herman Pernstayner (AUT) | |
Komanda | Kolss Cycling Team (UKR) |
2018-ci ildə keçiriləcək "Azərbaycan Turu" maliyyə səbəblərindən ləğv edilmişdir. Yarış 2019-cu ildə də keçirilməmişdir.
2012-ci il Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur 2012-ci ilin may ayının 9-dan 13-nə qədər keçirilmişdir. Bu, ilk "Azərbaycan Turu" olmuşdur. Velotur 2011-ci ildə keçirilmiş "Big Caucasus" (azərb. Böyük Qafqaz) yarışının davamı idi, ancaq bu, beş mərhələdən ibarət idi və Azərbaycan Respublikasında keçirilmiş ilk peşəkar velosiped yarışı idi. Velotur 2.2 U23 "BVİ" kateqoriyasında keçirilmişdir. Yarış Azərbaycan Velosiped İdmanı Federasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Almaniyanın "FreundeEventlogistik" şirkəti ilə birlikdə təşkil olunmuşdur.[1]
Veloturda 16-sı qadın olmaqla 180 velosipedçi iştirak etmişdi. Veloturda hərəsində 6 iştirakçı olmaqla 4 milli, 4 kontinental və 12 klub komandası iştirak edirdi. Təxminən 50 köməkçi əməkdaş atletlərlə birlikdə hərəkət edirdi. Kişi velosipedçilər həm, individual, həm də ki komanda yarışında, qadınlar isə sadəcə individual yarışda iştirak edirdi.
Velotur Bakı şəhərində yerləşən Azadlıq meydanında başlamışdır.[2]
2015-ci il Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur 2015-ci ilin may ayının 6-dan 10-na qədər keçirilmişdir. Sayca IV olan "2015-ci il Azərbaycan Turu" yarışı Bakı, Sumqayıt və Mingəçevir şəhərləri, eləcə də Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Ağdaş, Yevlax, Oğuz və Şəki rayonlarının ərazisindən keçmişdir.[3]
Velotur Bakı şəhərində yerləşən Dövlət Bayraq Meydanında başlamışdır.[3]
2016-cı il Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur 2016-cı ilin may ayının 4-dən 8-ə qədər keçirilmişdir. Sayca V olan "2016-cı il Azərbaycan Turu" yarışı Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron,Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonlarının ərazisindən keçmişdir.[4][5]
Velotur Bakı şəhərində yerləşən Azadlıq meydanında başlamışdır.[6]
2018-ci il Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq veloturun 2018-ci ilin may ayının 9-dan 13-ə qədər keçirilməsi planlaşdırılırdı.[7]
2018-ci ilin mart ayında Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidməti tərəfindən yayılmış rəsmi informasiyaya görə, 2018-ci ildə keçirilməsi planlaşdırılan "Azərbaycan Turu" iyun ayında keçiriləcək BMX üzrə dünya çempionatına hazırlıq səbəbindən ləğv edilmişdir. Buna baxmayaraq, bir neçə mətbuat orqanının iddialarına görə, yarışın ləğvinin əsas səbəbi bu yox, maliyyə problemi olmuşdur. Onlar iddia etmişdir ki, "Azərbaycan Turu"nun baş sponsoru "Synergy Group" 2018-ci ildəki velosiped yarışının keçirilməsi üçün vəsait ayırmamışdır.[8][9]
Year | Winner | Second | Third |
---|---|---|---|
Heydar Aliyev Anniversary Tour | |||
2012 | Yusif Regigi | Kiril Yatseviç | Bəxtiyar Kojatayev |
Tour d'Azerbaïdjan | |||
2013 | Sergey Qreçin | Aleksandr Surotkoviç | Bəxtiyar Kojatayev |
2014 | İlnur Zakarin | Vitali Buts | Darren Laptorne |
2015 | Primoj Roqliç | Yasper Okkelun | Matey Mugerli |
2016 | Markus Albegger | Rinaldo Noçentini | Nikita Stalnow |
2017 | Herman Pernstayner | Aleksandr Polivoda | Mixail Kononenko |
Azərbaycan portalı İdman portalı |