Tranz — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca altıncı studiya albomu "The Now Now"-da səsləndirilmiş mahnı. İlk dəfə 29 iyun 2018-ci ildə albomla bir buraxılıb. Həmin ilin 12 sentyabr tarixində sinql şəklində musiqi videosu ilə yanaşı yenidən yayımlanıb.[1] Albom üçün buraxılan axırıncı sinqldır.
Tranz | |
---|---|
Gorillaz tərəfindən The Now Now albomunda ifa olunmuş sinql | |
Yayımlanma tarixi |
29 iyun 2018 14 sentyabr 2018 (sinql kimi) |
Yazılma tarixi | sentyabr 2017 – fevral 2018 |
Janr |
|
Dil | ingilis dili |
Müddət | 2:42 |
Prodüser |
|
Leybl | Parlophone |
Studiya | Studio 13, London |
Deymon Albarn 2014-cü ildə verdiyi müsahibəsində bildirib ki, heroin çəkmək onun yaradıcılıq bacarıqlarına olduqca müsbət təsir göstərib.[2] O, deyir ki, "Afrikanı səyahət etmək onu bir musiqiçi kimi xeyli dəyişib".
"Tranz" albomun ən diqqətçəkən mahnılarından biridir. Musiqi videosu Britaniya mərkəzli prodakşn şirkətləri olan Blinky və Eddy tərəfindən istehsal olunmuşdur.
Bu dəfə Gorillaz dünyasına "The Powerpuff Girls" cizgi serialından tanıdığımız yaşıl avara bandit Eys (Ace) qoşulub. Eys bu albomda səslənən hər bir mahnı üçün bas-gitara ifa edib. O, qrupun üzvü Mördokun qohumu və ya tanışıdır, hər ikisi yaşıl rəngdədir. Mördok tutulub dustaq edilən zaman Eysə dəvət yollanmışdır ki, gəlib onun yerini müvəqqəti əvəs etsin. Onun gəlişi ilə Gorillaz psixodeliya janrına doğru yönəlib (Eys jarqonda marixuana siqareti mənasına gəlir).
Eysin Gorillaz-dakı dizayni 1975-ci ildə çıxan "Dog Day Afternoon" adlı cinayət filmindəki Sal adlı obraza əsaslanır. Hər ikisinin üz cizgiləri və saçı demək olar ki, eynidir. "Tranz" klipində Eysin əyin-başı The Clash qrupunun bas ifaçısı olan Pol Simononun geyim tərzi ilə oxşarlıq təşkil edir. Simonon "Plastic Beach" dövründə Gorillaz-ın canlı konsetlərində iştirak etmişdir. Eysin gitara çalan zaman göstərdiyi hərəkət və jestlər isə Gorillaz-ın canlı konsert basçısı olan Seye Adelekan-a əsaslanmaqdadır.
Deymon Albarn və yoldaşı Ceymi Hyulet deyir ki, hər ikisi "The Powerpuff Girls"-ün heyranı olublar. Onların hər ikisi sözügedən şounun yaradıcısı olan Kreyq Makkreken (Craig McCracken) ilə dostdur. Onlar "Cartoon Network"-dan Eysi istifadə etməkdən ötrü razılıq istəyiblər.
Do you look like me? Do you feel like me? Do you turn into your effigy? Do you dance like this, forever? Do you dance like this, forever? |