Travel (Mamamoo minialbomu)

Travel (azərb. Səyahət‎) – Cənubi Koreya qız qrupu Mamamoo tərəfindən buraxılmış 10-cu EP. 3 noyabr 2020-ci ildə RBW tərəfindən buraxılmış və Kakao M tərəfindən yayımlanmışdır. EP-ə 6 mahnı, eləcə də, "Dingga" və "Aya" sinqlları daxil edilmişdir.

Travel
Mamamoo tərəfindən ifa olunmuş EP-i
Növü EP-i
Yayımlanma tarixi 3 noyabr 2020
Janr K-Pop
Müddət 20:08
Dil koreya-ingilis
Leybl Rainbow Bridge World
Mamamoo albomlarının xronologiyası
"Reality in Black"
(2019)
"Travel"
(2020)
"WAW"
(2021)

13 noyabr 2019-cu ildə qrup tərəfindən "Reality in Black" albomu qrupun ən çox satan albomu olmuşdur.[1] Albomunun uğurundan sonra qrup üzvləri solo performanslara diqqətlərini ayırmışdılar.[2] Nəhayət 6 oktyabr 2020-ci ildə rəsmi sosial şəbəkə hesabları vasitəsilə yeni EP-nin adı, üzlüyü və buraxılış tarixi açıqlanmışdır.[3] 11 oktyabrda bir neçə şəkil və video tizerlər yayımlanmışdır.[4] 20 oktyabrda EP-ə daxil olacaq "Dingga" sinqlı rəqəmsal şəkildə buraxılmış və musiqi videosu YouTube-a yüklənmişdir. EP həm fiziki, həm rəqəmsal olaraq 3 noyabr 2020-ci ildə tam şəkildə buraxılmışdır. İkinci sinq olan "Aya" sinqlı üçün musiqi videosu da yayımlanmışdır.

"Travel" EP-sinin yapon dilində olan versiyası 25 noyabr 2020-ci ildə anons edilmiş və 3 fevral 2021-ci ildə buraxılmışdır.[5] Bu versiyaya "Dingga" və "Aya" sinqllarının yaponca versiyaları, eləcə də, "Just Believe in Love" adlı orijinal yaponca mahnı daxil edilmişdir.[6]

3 noyabr 2020-ci ildə qrupun "Monoloq" adlı 1 saatlıq verilişi Mnet musiqi kanalında yayımlanmışdır. Verilişdə qrup yeni EP-i tanıtmış və müsahibələr vermişdilər.[7] Bundan əlavə, qrup "M Countdown", "Music Bank", "Show! Music Core", "Inkigayo" və "You Hee-yeol's Sketchbook" kimi verilişlərdə EP-ə daxil olan iki sinqlı ifa etmişdirlər.

"Travel" 2020-ci ilin 45-ci həftəsində Gaon albomlar çartında 2-ci yerdə debüt etmişdir.[8] Hanteo satış çartına əsasən buraxıldığı ilk gündə 101 min nüsxəsi satılmışdır. Bu, qrupun şəxsi rekordu kimi qeydə alınmışdır.[9] Gaon albomlar çartının aylıq buraxılışında isə "Travel" 6-cı yerdə göstərilmiş və 164 min nüsxəsi satılmışdır.[10] Beləliklə, qrup keçən il "Reality in Black" albomunun da rekordunu keçmişdir. 2021-ci ilin fevralına qədər albom Cənubi Koreyada 174 min, Yaponiyada isə 14,5 min nüsxə satmışdır.

Spotify platformasında 2021-ci ilin iyuluna kimi "Travel" 86 milyon dəfə dinlənmişdir. Rəsmi YouTube kanallarından isə 197 milyon baxış almışdır.[11]

Trek siyahısı

[redaktə | mənbəni redaktə et]
Standart buraxılış
BaşlıqSözlərMusiqiAranjirovkaMüddət
1."Travel"
  • Kim Do-hun
  • Pak Vu-san
  • Kim Do-hun
  • Pak Vu-san
3:32
2."Dingga" (딩가딩가)
  • Kim Do-hun
  • Pak Vu-san
  • Munbyol
  • Kim Do-hun
  • Pak Vu-san
  • Hvasa
  • Kim Do-hun
  • Pak Vu-san
2:59
3."AYA"
  • Kim Do-hun
  • Li San-Ho
  • Munbyol
  • Kim Do-hun
  • Li San-Ho
  • Munbyol
  • Kim Do-hun
  • Li San-Ho
  • Minki
3:31
4."Chuck" (척)
  • Kim Do-hun
  • TENTEN
  • Munbyol
  • Kim Do-hun
  • TENTEN
TENTEN3:17
5."Diamond"
  • Kim Do-hun
  • Pak Vu-san
Kim Do-hun2:40
6."Good Night" (잘자)
  • Çon Davun
  • Coco Tofu Dad
  • Munbyol
  • Çon Davun
  • Coco Tofu Dad
  • Çon Davun
  • Coco Tofu Dad
4:09
Ümumi müddət:20:08
Fiziki buraxılış
BaşlıqSözlərMusiqiAranjirovkaMüddət
7."Wanna Be Myself" (나는 안다르다)
  • Cosmic Sound
  • Cosmic Girl
  • Cosmic Sound
  • Cosmic Girl
  • Cosmic Sound
  • Cosmic Girl
3:24
Ümumi müddət:23:32
Yaponca buraxılış
BaşlıqSözlərMusiqiAranjirovkaMüddət
8."Aya (yaponca versiya)"
  • Kim Do-hun
  • Li San-ho
  • Munbyol
  • Kim Do-hun
  • Li San-ho
  • Munbyoul
  • Kim Do-hun
  • Li San-ho
  • Minki
3:31
9."Dingga (yaponca versiya)"
  • Kim Do-hun
  • Pak Vu-san
  • Munbyol
  • Kim Do-hun
  • Pak Vu-san
  • Hvasa
  • Kim Do-hun
  • Pak Vu-san
2:59
10."Just Believe In Love"    
Musiqi verilişi mükafatları
Mahnı Veriliş Kanal Tarix İst.
"Aya" M Countdown Mnet 19 noyabr 2020 [12]
Mükafat və nominasiya
İl Mükafat Laureat Kateqoriya Nəticə İst.
2021 Qızıl Disk Mükafatı Travel Albomlar Namizəd [13]
Seul Musiqi Mükafatı "Dingga" Baş mükafat Namizəd [14]
  1. "Gaon Album Chart - Year of 2019 (see #53)". Gaon Music Chart. December 30, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 10, 2020.
  2. "김도훈이 말한 마마무의 2020년 "개인 역량 집중..원래 꿈 밀어주고픈"[인터뷰➀]". OSEN. January 21, 2020. February 17, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 3, 2020.
  3. "EP, its title, the cover, and release date were announced through Mamamoo's official social media accounts". Mamamoo's Official Instagram account. October 6, 2020. September 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 3, 2020.
  4. "Promotional roll-out announcement". Mamamoo's Official Instagram account. October 11, 2020. İstifadə tarixi: November 3, 2020.
  5. "大ヒット中の "TRAVEL" のJapan Editionリリース決定". Twitter. November 25, 2020. İstifadə tarixi: January 5, 2021.
  6. "MAMAMOO「TRAVEL -Japan Edition-」リリース決定、2曲の日本語版とボーナストラックを追加収録 (MAMAMOO's "Travel" to be released, with two Japanese versions and an original Japanese song.)". Natalie (in Japanese). November 25, 2020. September 27, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 5, 2021.
  7. "Mamamoo on 'Monologue'". Korea JoongAng Daily. November 3, 2020. İstifadə tarixi: November 3, 2020.
  8. "Gaon Album Chart - Week 45 of 2020". Gaon Music Chart. November 17, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 10, 2020.
  9. "With Mamamoo 'Travel', the album + sound named on the top of the music chart… Everyone believes Mamamoo". Motto Korea. November 4, 2020. January 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 10, 2020.
  10. "Gaon Album Chart - November 2020". Gaon Music Chart. January 8, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 10, 2020.
  11. "TRAVEL on Spotify". Spotify. June 2, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 11, 2021.
  12. Park, Ah-reum. 마마무 ‘엠카’ 1위 “활동 끝났지만 좋은 모습 보여줄 것” [Mamamoo's 'M Countdown' 1st place "I'm done with my activities, but I will show a good image"]. Newsen (koreya). November 19, 2020. November 19, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 19, 2020 – Naver vasitəsilə.
  13. "35th Golden Disc Awards Nominees Announced". Soompi. June 3, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 10, 2020.
  14. "Nominees revealed for 30th Seoul Music Awards". Soompi. February 17, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 10, 2020.