Tripanasoma atayevi

Tripanasoma atayevi (lat. Trypanosoma ataevi ) — Mastigophora tipinə aid olan növ.

Tripanasoma atayevi
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Bədən iri, ilanvari, uzunsov və sivriləşmiş sonluqla qurtarır, enli titrək membranı var. Qamçının sərbəst ucu qısadır, bədənin yarı uzunluğunu keçmir. Bədənin arxasında yerləşən nüvə bədənin eni böyüklükdədir. Kinetoplast arxa tərəfdən uzaq yerləşib. Bədədnin uzunluğu 16.0-38.0, eni – 1.5-3.0, titrək membranın eni 1.0-2.5, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 1.5-4.8, kinetoplastdan nüvəyə - 6.0-11.8, nüvədən ön qutaracağadək – 7.0-19.8, nüvəni uzunluğu 2.0-4.0, nüvənin eni – 1.0-3.0 mkm-dir.

Xulu balığların spesifik parazitidir. Sahibi: mərmər xuludur.

Kiçik Qızılağaç körfəzində yayılmışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]