Tripanasoma karasiya (lat. Trypanosoma carassii )-Mastigophora tipinə aid olan növ.
Tripanasoma karasiya | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Bədən nazik və və uzunsovdur, ilanabənzər sıxılmış, sivriləşmiş arxa qutaracağa malikdir, yaxşı inkişaf etmiş titrək membranı var, çox nadir hallarda bədən orta hissədə yoğunlaşmış olur. Kinetoplastdan arxa tərəfdən uzaq yerləşib. Bədənin uzunluğu 13.0-60.0, eni – 0.8-6.0, titrək membranın eni 0.7-2.2, qamçının sərbəst hissəsinin uzunluğu 9.0-22.0, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 0.2- 3.0, kinetoplastdan nüvəyə - 0.9-19.8, nüvədən ön qutaracağadək – 3.7-22.0, nüvəni uzunluğu 1.3-4.5, nüvənin eni – 0.9-2.8 mkm-dir.
Tripanasoma karasiya Lənkəran çayı, Dəvəçi limanı, Kiçik Qızılağaç körfəzində yayılmışdır.
Parazit həyat tərzi keçirir. Sahibləri: qafqaz ilişkəni, durna balığı, lil və çəki balığı balıqlarıdır.[1]