Tripanasoma karasiya

Tripanasoma karasiya (lat. Trypanosoma carassii )-Mastigophora tipinə aid olan növ.

Tripanasoma karasiya
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Xarici quruluşu[redaktə | mənbəni redaktə et]

Bədən nazik və və uzunsovdur, ilanabənzər sıxılmış, sivriləşmiş arxa qutaracağa malikdir, yaxşı inkişaf etmiş titrək membranı var, çox nadir hallarda bədən orta hissədə yoğunlaşmış olur. Kinetoplastdan arxa tərəfdən uzaq yerləşib. Bədənin uzunluğu 13.0-60.0, eni – 0.8-6.0, titrək membranın eni 0.7-2.2, qamçının sərbəst hissəsinin uzunluğu 9.0-22.0, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 0.2- 3.0, kinetoplastdan nüvəyə - 0.9-19.8, nüvədən ön qutaracağadək – 3.7-22.0, nüvəni uzunluğu 1.3-4.5, nüvənin eni – 0.9-2.8 mkm-dir.

Yayılması[redaktə | mənbəni redaktə et]

Tripanasoma karasiya Lənkəran çayı, Dəvəçi limanı, Kiçik Qızılağaç körfəzində yayılmışdır.

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Parazit həyat tərzi keçirir. Sahibləri: qafqaz ilişkəni, durna balığı, lil və çəki balığı balıqlarıdır.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Cultivation of bloodstream forms of Trypanosoma carassii, a common parasite of freshwater fish". 2020-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-25.