Tripanasoma neveulemairei

Trypanosoma neveulemairei (lat. Trypanosoma neveulemairei )-Mastigophora tipinə aid olan növ.

Tripanasoma neveulemairei
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Trypanosoma neveulemairei Bədəni çox uzun, ilanabənzər, hər iki ucdan itidir. Titrək membran orta endə, çoxlu qatlar əmələ gətirir. Sitoplazma dənəvaridir, bənövşəyi rəngə boyanır. Arxa tərəf kinetoplasta qədər zəif boyanır. Bədənin uzunluğu 107.0-152.3, eni – 5.9-13.0, kinetoplast orta ölçülüdür 0.6-1.0, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 28.3-63.0, kinetoplastdan nüvəyə qədər olan məsafə - 5.0-10.3. Nüvəni uzunluğu 5.6- 10.0, nüvənin eni 3.2-6.0, nüvədən ön qutaracağadək 62.2-81.0, titrək membranın eni 1.0-2.5, qamçının sərbəst ucu orta ölçülüdür, uzunluğu 5.0-14.0 mkm-dir.

Kür çayı, Araz çay, Qanıxçay, Qarayazı gölü, Çınqıl karxanası, Ağgöl, Naxalıqçala gölü, Qanlıgöl; Şəmkir, Nohurqışlaq, Aşıqbayramlı, Yekəxana su anbarları, Dəvəçi limanı, Kiçik Qızılağaç körfəzində yayılmışdır.

Parazit həyat tərzi keçirir. Sahibi: göl qurbağası Pelophylax ridibundusdur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Mahir Əli oğlu Hüseynov Azərbaycanda balıq, amfibi və su reptililərinin ibtidai qan parazitləri;