Troglostrongylus brevier (lat. Troglostrongylus brevier)- dəyirmi qurdlar tipinin nematodlar sinfinə aid olan növ.
Troglostrongylus brevier | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Erkəklərin bədənlərinin uzunluğu 5,2 mm, bədənin orta hissəsinin maksimal eni 0,198 mm, quyruq hissəsindəki isə 0,176 mm-dir. Bağırsaq düz olub, cinsi boru ilə paralel uzanır. Bursa yaxşı inkişaf etmişdir. Spikulalar nazik, qəhvəyi rəngdə olub, bərabərdir. Uzunluğu 0,517 mm-dir. Spikulalar bütün bədən boyu dartılmış membran ilə əhatə olunmuşdur. Hər spikulanın distal hissəsindən nazik çıxıntı çıxır. Dişilərin uzunluğu 0,428 mm, anus ətrafında maksimal eni 0,110 mm-dir. Quyruğun uzunluğu 0,066 mm-dir. Yumurtanın ölçüləri 0,066X0,077 mm və 0,088X0,099 mm-dir.[1]
Yetkin forması-bronx və ağciyərdə, sürfə mərhələsi — ilbizlərin ayaqlarında; parazitlik edən orqanizmlərdir. Bağırsaq şirəsi ilə qidalanır. Müxtəlif cinsli olub, çevrilmə yolu ilə çoxalır. Reproduktivliyi və xromosom göstəriciləri məlum deyil. Sayı və limit faktorları- 8 fərd, aralıq sahiblərlə əlaqə kəsildikdə bu parazit məhv olur. Mühafizəyə ehtiyac yoxdur.
Dünyada – 2 növ, Qafqazda – 2 növ, Azərbaycanda – 2 növ ilə təmsil olunmuşdur. Azərbaycanda Qəbələ rayonu ərazisində yayılmıdır.[1]