Troll ferması

Rusiyanın Sankt-Peterburq şəhərinin Savuşkina küçəsində “Rus trol fabriki” adlandırılan İnternet Tədqiqatları Agentliyi binası

Trol ferması və ya trol fabriki (ing. troll farm or troll factory) siyasi rəyə və qərar qəbul etmə prosesinə müdaxilə etməyə çalışan internet trollarının institutlaşmış qrupudur. Bəzən hökumətlər təbliğat yaymaq və tənqidçilərə hücum etmək üçün klaviatura ordularına mükafatlar, pullu ödənişlər edir. Hesabatalara görə, bu hökumətlər jurnalistləri sıxışdırmaq və mediayaya inamı sarsıtmaq, seçkilərə təsir etmək üçün pullu şərhçilərdən, trollardan və botlardan istifadə edirlər.[1] [2] Troll fermasının üzvləri sosial media və onlayn forumlarda əvvəlcədən müəyyən edilmiş mesajlarlarla, məqalələrlə doldurmaq, şərhlər yazmaq üçün saxta onlayn profillər yaradaraq fəaliyyət göstərən peşəkar qruplardır. Ödənişli əsasda sosial şəbəkələrdə trolluq etməklə məşğul olan şəxslər və ya səhifələr internet mühitində ölkələrə və ya milli, dini, irqi, cinsi və s. azlıqlara qarşı süni şəkildə formalaşdırılmış aqressiv kütlə görüntüsü və effekti yaratmağa çalışan qruplardan biri də hesab etmək olar. Trollar müəyyən bir siyasətçini tərifləmək və ya hökuməti tənqid edən birinə hücum etmək kimi öncədən planlaşdırılmış məqsədləri var. Onlar koordinasiyalı şəkildə işləyir, bir-birinin yazılarını paylaşır, şərh edir və geniş şəkildə paylaşılan viral bir baxış, mövqe illüziyası yaradırlar. Trolların fəaliyyətinə qarşı mübarizə aparılmadığı təqdirdə, onların ictimai rəyə güclü təsir imkanı yaranır. Bu isə, cəmiyyət üçün olduqca təhlükəli haldır.[3]

Rusiya internet dəstələri də daxil olmaqla İnternet Tədqiqatları Agentliyi Rusiyanın 2016-cı il ABŞ seçkilərinə müdaxiləsi səbəbindən məşhurlaşıb. İnternet Tədqiqatları Agentliyi təbliğat yaymaq, Twitter trendlərini manipulyasiya etmək və Amerikanın siyasi və media qurumlarına inamı sarsıtmaq üçün trol ordularından istifadə edib.[4][5][6] Fabrik rusiyalı iş adamı, “Putinin aşpazı” kimi tanınan Yevgeni Priqojinə məxsus olub.

Umaodan (çin. 五毛党), pinyin: wǔmáodǎng, həmçinin (ing. 50 Cent Party) 50 sentlik partiya. Çin Xalq Respublikasında ictimai rəyə manipulyasiya etmək və hakim Çin Kommunist Partiyasının yürütdüyü dövlət siyasəti barədə müsbət fikirlər yazan, hökumət tərəfdarı olan çinli bloqerlərə və trol dəstələrinə verilmiş qeyri-rəsmi addı. Bu ad çin dilindəki "u mao", yəni 5 szyao (0,5 yuan) sözündən götürülmüşdür. Ehtimal olunur ki, onlar internetdə yazdıqları hər şərhə və yazıya görə məhz bu qədər pul alırlar, amma eyni zamanda, ölkədə bu işi pulsuz icra edən çox sayda könüllü də var. [7][8][9]

İctimai rəy briqadaları (vyet. Dư luận viên) Vyetnam Kommunist Partiyasının dövlət tərəfindən maliyyələşdirilən və ya Vyetnam Kommunist Hökuməti ilə əlaqəli internet trol dəstəsinin qeyri-rəsmi adıdır. [10]

  1. ""Meta" Rusiyada daha bir "trol fabriki"ni İFŞA ETDİ". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.
  2. "Priqojin Rusiyanın ABŞ seçkilərinə təsir etdiyini etiraf etdi: "Müdaxilə etdik, müdaxilə etdik və müdaxilə edəcəyik"". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.
  3. "What Are Troll Farms & Which Countries Use Them?". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.
  4. "RUSSIAN INTERFERENCE IN 2016 U.S. ELECTIONS". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.
  5. "США предъявили россиянке обвинения во вмешательстве в выборы". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.
  6. "Пресса США: чего добились российские тролли на американских выборах". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.
  7. "China joins a turf war". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.
  8. "Умаодан — армия платных блоггеров в Китае". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.
  9. "Who Are the Chinese Trolls of the '50 Cent Army'?". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.
  10. "Vietnam unveils 10,000-strong cyber unit to combat 'wrong views'". 2023-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-13.