Tsihisdziri (Acarıstan)

Tsihisdziri (gürc. ციხისძირი) — Gürcüstanın Acarıstan Muxtar Respublikasının Kobuleti bələdiyyəsinə tabe olan, Qara dəniz sahilində yerləşən kənd. Kənd Kobuleti şəhərinin 8 km cənubunda yerləşir. Roma tarixçilərinin ümumi görüşünə əsasən kəndin ərazisində Lazikadakı qədim şəhərlərdən olan Petra şəhəri mövcud olmuşdur.

Tsihisdziri
ციხისძირი
41°45′43″ şm. e. 41°45′14″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 75 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.472 nəf. (2014)
Rəsmi dili
Xəritəni göstər/gizlə
Tsihisdziri xəritədə
Tsihisdziri
Tsihisdziri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hazırda kəndin yerləşdiyi bölgə Qara dənizin sahilində yerləşir. 1962-ci ildə yaşayış məntəqəsində aparılmış sistematik arxeoloji tədqiqatlar nəticəsində müxtəlif dövrlərə aid fərqli əsərlər tapılmışdır. Burada tapılan ən qədim əsər son tunc dövrünə aiddir. O dövrdə bölgədə Kolhis mədəniyyəti hökm sürmüşdür. Tsihisdzirinin şimalındakı Bobokvatidə sahil xəttindən təqribən 200 metr uzaqlıqda e.ə. 8-ci əsrə aid qum təpələri aşkar edilmişdir.[1] Sonrakı əsrlərdə bölgədə Qara dənizin şərq sahili boyunca bir sıra antik yunan koloniyaları qurulmuşdur. Tsihisdziridə yunan koloniyasının olmasına dair mənbələrdə sübutlar olmasa da, burada aparılan arxeoloji qazıntılar zamanı Qədim Yunanıstanın Amfora bölgəsindən olan əhaliyə aid e.ə. 5-ci əsrdən qalmış məzarlar aşkar etmişdir.[2]

1907-ci ildə Tsihisdziri ərazisində eramızın 3-cü əsrinə aid qızıl-zinət əşyaları, gümüş və bürünc qablar, muncuqlar və sikkələr aşkar edilmişdir. Tapıntılar daha sonra Rusiyanın Sankt-Peterburq şəhərindəki Ermitaj Muzeyinə göndərilmişdir.[3] Həmçinin Tsihisdziri xarabalıqlarından tapılmış üzərində latın dilində yazılar olan böyük kərpic romalıların bu ərazidə olmasını sübut edir. Kərpicin Fasisdəki Roma hərbi atelyesində hazırlandığı və cənuba göndərildiyi düşünülür. Həmin kərpic indi Gürcüstanın paytaxtı Tbilisidəki Canaşia Muzeyində sərgilənir. [1][4]

Tsihisdziri qalası

[redaktə | mənbəni redaktə et]

Qala iki təpə üzərində yerləşir. Abidənin ümumi sahəsi 1,5 hektardır. Həmçinin burada 6-cı əsrdən qalma 33X17.80 m. ölçüsündə olan bazilika və iki dini məbəd də yerləşir. Məbədlərdən biri xristianlıq dövründən, digəri isə orta əsrlərdən qalmadır. Bazilikanın yaxınlığında 6-cı əsrə aid hamam və su çəni yerləşir. Qalanın şimalında yaşayış məntəqəsinin qalıqları və yüzlərlə məzar mövcuddur. Bu abidələrin tarixi antik dövrün sonunu və ya orta əsrləri əhatə edir.[1][5][6]

2014-cü il əhalinin siyahıya alınmasına görə Tsihisdzirinin əhalisi 2472 nəfərdir. Əhalinin əksəriyyəti (97%) gürcülərdir.[7]

Əhali 2002 2014
Ümumi 2,253 2,472
  1. 1 2 3 Gamkrelidze və b. 2013
  2. Braund, 1994
  3. Tsetskhladze, 1999
  4. Odisheli, 2013
  5. Khoshtaria, 2013
  6. Mania, Natsvlishvili, 2013
  7. "georgia-ethnic-2014". 2018-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-17.
  • Allen, William Edward David; Muratoff, Paul (1953). Caucasian Battlefields: A History of the Wars on the Turco-Caucasian Border 1828–1921. Cambridge: Cambridge University Press. 
  • Braund, David (1994). Georgia in Antiquity: A History of Colchis and Transcaucasian Iberia, 550 BC–AD 562. Oxford: Oxford University Press. ISBN 0-19-814473-3
  • Gamkrelidze, Gela; Mindorashvili, Davit; Bragvadze, Zurab; Kvatsadze, Marine, (Edl.) (2013). "ციხისძირი [Tsihisdziri]". ქართლის ცხოვრების ტოპოარქეოლოგიური ლექსიკონი [Topoarchaeological dictionary of Kartlis tskhovreba (The history of Georgia)] (PDF) (Gürcüce) (1st bas.). Tiflis: Georgian National Museum. ss. 588–592. ISBN 978-9941-15-896-4. 29 Eylül 2018 tarihinde kaynağından arşivlendi (PDF). Erişim tarihi: 4 Temmuz 2019. 
  • Khoshtaria, David (2013). "The Basilica at Petra (Tsihisdziri)". Flora, Karagianni (Ed.). Medieval ports in North Aegean and the Black Sea: links to the maritime routes of the East; International Symposium, Thessalonike, 4–6 December 2013; Proceedings. Thessalonike. ss. 367–376. ISBN 978-960-9677-01-1
  • Mania, Irina; Natsvlishvili, Natia (2013). "Littoral fortifications in South-West Georgia". Flora, Karagianni (Ed.). Medieval ports in North Aegean and the Black Sea: links to the maritime routes of the East; International Symposium, Thessalonike, 4–6 December 2013; Proceedings. Thessalonike. ss. 276–283. ISBN 978-960-9677-01-1
  • Odisheli, Manana (2013). "Georgia in Roman Times (1st to 4th Centuries AD)". Opper, Thorsten (Ed.). Hadrian: Art, Politics & Economy (PDF). British Museum Research Publication #175. ss. 148–165. ISBN 978-0-86159-175-6. 10 Ekim 2016 tarihinde kaynağından arşivlendi (PDF). Erişim tarihi: 8 Ekim 2016. 
  • Tsetskhladze, Gocha R. (1999). Pichvnari and its environs. Paris: Presses Univ. Franche-Comté. ISBN 2-913322-42-5.