Tsumori Çisato (津森 千里?) – Yaponiya dəb dizayneri.
Tsumori Çisato | |
---|---|
yap. 津森千里 | |
Doğum tarixi | 12 noyabr 1954 (69 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | dəb dizayneri |
Yaponiyanın Saytama şəhərində anadan olmuşdur və Tokioda yerləşən Bunka Moda Kollecində təhsil almışdır. 1977-ci ildə İseey Miyake ilə birlikdə "Issey Sports" xətti üzərində işləməyə başlamışdır. Bu xətt daha sonra "I.S. Chisato Tsumori Designs" olaraq adlandırılmışdır. İseey Miyakenin dəstəyi ilə 1990-cı ildə öz xəttini başlatmışdır.
2003-cü ildə işini Parisə aparmış və elə həmin il öz kişi geyimləri xətti üzərində işləməyə başlamışdır. Karyerası ərzində ABŞ-də da tanınmışdır. Çisatonun estetikası ənənəvi qravürlərə əsaslanır və "manqa/bohemiya şirinliyi" elementlərinə malikdir.[1]
Tsumori Çisato öz əli ilə çəkdiyi qravürlər əsasında dizaynlar yaratması ilə tanınır. Qravürləri üçün Yaponiya mədəniyyətindən, manqalardan, müasir incəsənətdən, pişiklərdən və digər mənbələrdən ilham alır.[2] Qravürlərini əsasən əllə çəksə də, bəzi qravürlərini rəqəmsal olaraq da hazırlamışdır. Çisato hazırda Parisdə yaşayır, lakin yaradıcılığı üçün Yaponiyadan ilham almağa davam edir.
Yaratdığı qravürlərdən əlavə, Çisato innovativ və lüks parçaları, dolaşıq muncuqları və naxışlarına görə də tanınır. O, əyləncəli, ifadəli libaslar yaratmağa çalışır.[3]
Çisato Fransa mədəniyyətinə və modasına heyrandır. Asiyadan qıraqda yerləşən ilk dükkanı üçün 1999-cu ildə Parisi seçmişdir. Butik Kristian Biçer tərəfindən dizayn edilmiş və Parisin Mare kvartalında tikilmişdir.
Onun bu əsas butiki Çisatonun müxtəlif fotoqraflarla, vizual rəssamlar və set dizayneləri ilə əməkdaşlığı nəticəsində yaradılmış incəsənət nümunələri ilə zəngindir.
Hazırda Tsumori Çisatonun brendi 40-dan çox satış nöqtəsində satılmaqdadır. Yaratdığı brend ABŞ, İtaliya, Rusiya kimi ölkələrdə və Skandinaviya kimi regionlarda genişlənməyə davam edir.[3]