Tulipa florenskyi

Florenski dağlaləsi (lat. Tulipa florenskyi) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Nadir, atropatan endemik növüdür.

Florenski dağlaləsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Soğanaq 2 sm-ə qədər diametrdə, yumurtavari uzunsovdur, tünd-qonur qınla örtülüdür. Gövdə 10–25 sm hündürlükdədir. Yarpaqlar 3–4 ədəd bükülmüş, göyümtül, çılpaq, aşağıdakılar çox və ya az enli-neştərşəkilli, yuxarıdakılar dar-xətvaridir. Çiçəklər təkdir, çiçəkyanlığının yarpaqcıqları 2,5–4 sm uzunluğunda, alovu qırmızı, əsası daxili tərəfdən tünd-göyümtül və ya qara ləkəli, sarı haşiyəlidir, xaricdən yumurtavari, rombvari, qısa-sivri, daxildən uzunsov, tərs-yumrtavari, təpə hissəsi adətən kəsikdir. Erkəkcik çiçəkyanlığından qısa, sapı qara, tozcuğu sarı, sapdan qısadır. Qutucuq 3–4 sm uzunluğundadır.

Bioloji, ekoloji, fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Aşağı və orta dağ qurşaqlarında – daşlı-çınqıllı, qayalı yamaclarda yayılmışdır. Çiçkləməsi aprel, meyvələməsi may ayına təsadüqf edir. Çoxalması toxumla və vegetativ yolladır. Kseromezofitdir.

Naxçıvan MR – Ordubad rayonu Nüsnüs (Diah, Qalagüney, Soyuq dağları) və Dırnıs kəndləri ətrafında, Azərbaycandan kənarda isə İranda yayılmışdır. Quru, daşlı yamaclarda bitir. Tək-tək rast gəlir.

Ehtiyatının dəyişilmə səbəbləri

[redaktə | mənbəni redaktə et]

Antropogen amillər, mal-qara otarılması. Dekorativ əhəmiyyətinə görə əhali tərəfindən intensiv toplanılması və zoogen amillər.

Azərbaycanın Botanika İnstitutunun Botanika bağında becərilir.

Qəbul edilmiş qorunma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Xüsusi mühafizə tədbirləri hazırlanmamışdir. Yeni yayılma yerlərinin axtarılması vacibdir.