Şmidt dağlaləsi (lat. Tulipa schmidtii) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü.
Şmidt dağlaləsi | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Şmidt dağlaləsi |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Cənubi Qafqazın cənub-şərqindən İranın şimal-qərbinə qədər yayılmışdır.[1]
Çoxillik ot bitkisidir. Soğanağı iri, yumurtavari, 2,5–5 sm diametrində, nazik dərivari, qonur və ya qəhvəyi-qonur qınla örtülmüşdür. Gövdə 25–50 sm hündürlükdədir. Yarpaqlar 6–10 ədəd göyümtül, aşağıdakılar enli, uzunsov, yuxarıdakılar neştərvari və ya dar- neştərvari, uzundur. Çiçəkləri iri, 7 sm-ə qədər uzunluğunda; yarpaqcıqları qırmızı, əsasında daxildən qara, sarı-haşiyələnmiş, rombvari ləkəlidir; xarici hissədəkilər enli, uzunsov və ya deltavari bir qədər daxildəkindən uzundur. Erkəkcik çiçəkyanlığından qısadır; tozcuğu sarı, qutucuq 4 sm -ə qədər uzunluqda, 2–2,5 sm enindədir.
Toxumla və vegetativ yolla çoxalır.
Ot çalınması və mal-qara otarılması.
Azərbaycanın Botanika İnstitutunun Botanika bağında
Daşlı-çınqıllı, qayalı yamaclarda, əkinlərdə kolluqlar arasında yayılmışdır. Çiçəkləməsi aprel-may, meyvələməsi may ayına təsadüf edir. Mezokserofitdir. Çoxalması soğanaqla və ya toxumladır . Geofit bəzək bitkisidir.
Cənubi Zaqafqaziyaya məxsus, tükənməkdə olan endemik növdür. Xocavənd, Əsgəran (Topxana), Cəlilabad (Hovuzbulaq, Zəhmətabad, Ləkin kəndlərində yayılıb. Quru, otlu yamaclarda, kollyqlar arasında bitir. Tək tək rast gəlir. Kiçik Qafqazın cənubu (Cəbrayıl rayonu, Məcili kəndi), Lənkəranın dağlıq hissəsi (Cəlilabad Zəhmətabad kəndi), Naxçıvanın dağlıq rayonları (Ordubad rayonu — Nüs-Nüs kəndi ətrafındakı Diaxçay və fəhlə dərəsi adlanan sahələrdə).
Populyasiyanın bir neçə istiqamətdə yayılmasına baxmayaraq antropogen amillər azalma təhlükəsini yaradır.
Soğanaqları və çiçəklərinin əhali tərəfindən intensiv toplanılması və zoogen amillər.
Yasaqlıqların yaradılması zəruridir.
Mühafizəsi üçün xüsusi tədbirlər hazırlanmamışdir.