Tulparxan Salavatov

Tulparxan Salavatov (Salavatov Tulparxan Şarabudinoviç; 13 oktyabr 1950, Bakı16 avqust 2021) — texnika elmləri doktoru (1990), professor (2003), AMEA-nın müxbir üzvü (2014).[1]

Tulparxan Salavatov
Salavatov Tulparxan Şarabudinoviç
Doğum tarixi 13 oktyabr 1950(1950-10-13)
Doğum yeri
Vəfat tarixi 16 avqust 2021(2021-08-16) (70 yaşında)
Milliyyəti qumuq
Elmi dərəcəsi texnika elmləri doktoru (1981)
Elmi adı professor (2003)
Təhsili Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Üzvlüyü AMEA (2014)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 2010 "Şöhrət" ordeni — 2020

Tulparxan Salavatov 13 oktyabr 1950-ci ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-mədən fakültəsini bitirib.[1]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Tulparxan Salavatov əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Dərin Neft-Qaz Yataqlarının Problemləri İnstitutunda kiçik elmi işçi olaraq başlayıb. O, 1978-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft yataqlarının işlənməsi və istismarı kafedrasında ardıcıl olaraq böyük mühəndis, EHM rəisi, assistent, dosent, professor və kafedra müdiri vəzifələrini icra edib.[1]

Tulparxan Salavatov 2001-2008-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olub. 2009-2015-ci illərdə D.02.141 Dissertasiya Şurasının sədr müavini, 2017-2018-ci illərdə sədri, 2019-cu ildən isə ED 2.03 Dissertasiya Şurasının sədr olub.[1]

Tulparxan Salavatov "Azərbaycan neft təsərrüfatı", Rusiyanın "Нефтепромысловое дело", "Геология, геофизика и разработка нефтяных и газовых место-рождений", "Aктуальные проблемы нефти и газа" və "Нефтегазовое дело" jurnallarının redaksiya heyətinin və redaksiya şurasının üzvü idi.[1]

Akademik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Tulparxan Salavatov 1981-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1990-cı ildə texnika üz­rə elmlər doktoru elmi dərəcələrini, 2003-cü ildə isə professor elmi adını alıb. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilən Tulparxan Salavatov, həmçinin Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, eləcə də Beynəlxalq Neft Mühəndisləri Cəmiyyətinin (SPE) üzvü idi. Alim 302 elmi əsərin, o cümlədən 11 müəlliflik şəhadətnaməsinin və patentin, 13 monoqrafiyanın, dərs vəsaiti və dərsliklərin müəllifidir. Onun rəhbərliyi ilə 4 elmlər və 24 fəlsəfə doktoru hazırlanıb.[1]

Tulparxan Salavatov neft sənayesinin neft və qaz yataqlarının işlənməsi və istismarı sahəsində tanınmış alimlərdən biri olub. Onun elmi fəaliyyətinin əsas istiqamətlərini göstəricilərin dinamiki təhlili əsasında neft və qaz yataqlarının işlənməsi zamanı alternativ üsulların tətbiq edilməsi, neft və qaz yataq­larının işlənməsinin idarə edilməsi üçün kompromis halların seçilməsi təşkil edib.[1]

Alim qeyri-Nyuton sistemlərin reofiziki xassələrinə fiziki sahələrin təsirinin tədqiqində radiospektroskopik üsulların tətbiq edilməsi, müxtəlif fiziki sahələrin (təzyiq, istilik, maqnit və elektrik) tətbiqi ilə neftçıxarmanın səmərəsinin və layların neftvermə əmsalının yüksəldilməsi, böhran qiymətlərindən yüksək parametrlərdə neftvermə əmsalının yüksəldilməsi texnologiyalarının yaradılması istiqamətində də tədqiqatlar aparıb. Habelə alimin elmi fəaliyyətinə enerji və resurslara qənaət texnologiyalarının işlənməsi, alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi əsasında neftqazçıxarmanın texnoloji proseslərinin səmərəliliyinin artırılması üsullarının işlənməsi və tətbiqi də daxil idi.[1]

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

1. Методическое руководство по контролю и регулированию реологических и теплофизических свойств трубопроводного транспорта. Министероство нефтяной промышленности СССР, РД, Уфа, 1985.

2. Теория и практика применения неравновесных систем в нефтедобыче. Баку, Изд. "Елм", 1985.

3. Micronucleus water-gas solutions: A new efficient agents for water-wlooded oil reservoirs. Seventh Europian Symposium on Imroved Oil Recovery VI, Moscow, 1993.

4. Experimental Study of the Formation of Fractal Structures During Oil Displacement. Energy Sources Journal of Extraction Conversion and the Environment VI-VII. №40, USA, 1995.

5. Фрагменты разработки морских нефтегазовых месторождений. Издательство “Элм”, Баку, 1997.

6. New Rheotechnology for Well Operations. Oil Gas Chemistry: technology & equipment, issue 3, 2001.

7. Application of Physical Flields for Increasing oil Recovery Efficiency. Taylor &Francis Group. LLC ISSN., 2006.

8. Phycical basis for creating energy and resourse-saving rheo-technology in oil production. Energies, (Basel, Switzerland) 2009, №2.

9. Повышение эффективности разработки нефтегазовых месторождений на основе комплексного подхода. «Нефтяное хозяйство», Министерство Энергетики Российской Федерации, 2010.

10. Динамические моделирование нефтедобычи с учетом переходных процессов. Нефтегазовое дело, том 7, №1, 2009.

11. Application nonparametric criteria in the analysis of oil fields development. Petroleum Science and Technology, 2016, Volume 34, Issue 7, pp. 615–621.

AMEA-nın müxbir üzvü Tulparxan Şarabudinoviç Salavatov 16 avqust 2021-ci ildə vəfat edib.[1]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 5 6 7 8 9 10 "Salavatov Tulparxan Şarabudinoviç" (Azərbaycan). web.archive.org. 28-10-2021 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]