Tulunbəy(tatar. Толынбәк, ? — 1386)—Qızıl Orda hakimi Bərdibəy xanın qızı, Qıpçaq əsilli Qızıl Orda sərkərdəsi Mamayın xanımı.
Tulunbəy | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | XIV əsr |
Vəfat tarixi | 1386 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | Bərdibəy xan |
Həyat yoldaşı |
Tulunbəy Saray Bərkə şəhərində anadan olmuşdu. Ailə təlim-tərbiyəsi almışdı.
Tulunbəy Qıpçaq əsilli Qızıl Orda sərkərdəsi Mamayın baş hərəmi olmuşdu. Xan nəslindən olmadığına baxmayaraq Qızıl Orda hakimi Berdibəyin qızı ilə (qeyd: Berdi bəy Cani bəyin, Cani bəy də qüdrətli Özbək xanın oğludur) evləndikdən sonra dağılmağa üz qoymuş bu hakimiyyəti ələ keçirmiş, bununla çarpışma meydanına atılmışdı: bu mübarizədə Abdul, Məhəmməd Sultan, Tülübək və s. xanları yenmişdi. Qızıl Orda dövlətini gücləndirmək, onu qoruyub saxlamaq məqsədilə böyük işlər həyata keçirmişdir. Mamay xan misilsiz hünərlərə sahib olmuş, keçirdiyi döyüşlərdə həmişə qələbə qazanmış, böyük ad qoymuşdur. Sonuncu döyüşü Kulikova çölündə olan döyüş (1380) oldu. Müharibə meydanında məğlub olub qaçan Mamayın Azov boyunda qarşısını kəsdilər. Burada tarixən döyüş yeri olan Kalka (Kalçık) çayı boyunda onun Toxtamış xanla son döyüşü oldu. Qıpçaqlara birləşən ruslar onların böyük yardımı ilə Mamayı yendilər. Mamay bu uğursuz döyüşdən canını zorla qurtarıb Krıma qaça bildi. Krım torpaqlarına çəkilən Mamayı uğursuzluq burada da izləməkdəydi. Az sonra Kafa şəhərində (indiki adı Feodosiya) xaincəsinə öldürüldü.
Mamay öldükdən sonra onun bütün hərəmxanası Toxtamış xana qaldı. Toxtamış xan onunla evləndi.
1386-cı ildə arvadının çevriliş xəyanətindən şübhələnən Toxtamış Tulunbəyi öldürdü.