Bu məqalə Tulunilər dövləti ilə demək olar ki, eyni mövzudan bəhs edir və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Tulunoğulları və ya Tulunoğulları dövləti (ərəb. المملكة العربية السعودية - el-Tuluniyun) — 868 (və ya 875) və 905-ci illər arasındsa hökm sürmüş, müsəlman türklərinin qurduğu ilk müstəqil dövlətdir.
Tarixi dövlət | |
Tulunoğulları | |
---|---|
|
|
Paytaxt | Fustad |
Rəsmi dilləri | Türk,Ərəb |
Ərazisi | 1.500.000 km2 |
İdarəetmə forması | monarxiya |
Şahlar | |
• 868-884 | Əhməd İbn Tulun |
• 884-896 | Xumaraveyh |
• 896 | Ceyş İbn Xumaraveyh |
• 896-905 | Harun İbn Xumaraveyh |
• 905 | Şaban İbn Xumaraveyh |
Vikianbarda əlaqəli mediafayllar |
Tulunoğulları Misirdə 875-ci ildə, 9-cu əsrin son rübündə, Abbasilərin siyasi və ictimai cəhətdən zəiflədiyi zaman quruldu və tez bir zamanda iqtisadi baxımdan əhəmiyyətli olan Suriya, Fələstin və Tarsus kimi bölgə və şəhərləri öz ərazisinə daxil edərək, sərhədlərini Kirenaikadan Fərat çayına qədər genişləndirmişdir. Tulunoğulları dövlətinin qurucusu Əhməd bin Tulunun atası Buxaralı Tulun adlı bir türkdür. 815 və 816-cı illərdə Samani Buxara əmiri tərəfindən Abbasilərə bağışlanmış və 818-ci ildə tərkibi türklərdən ibarət olan xilafətin qurduğu orduya qoşuldu. Orduda rütbəsi sürətlə yüksəlmiş və ən qısa zamanda önəmli komandirlərdən biri olmuşdur. Tulunoğulları dövlətinin yaradıcısı Əhməd İbn Tulun isə 20 sentyabr 838-ci ildə Bağdadda doğulmuşdur. O da, atası kimi xilafət ordusunda xidmət etmişdir. Əhməd ibn Tulunun ögey atası Bayık bəy Abbasi xəlifəsini sui-qəsddən xilas etdiyinə görə Misir valiliyinə layiq görüldü. 868-ci ildə isə bu vəzifə Əhməd İbn Tuluna verildi. Bəzi mənbələr məhz bu ili Tulunoğulları dövlətinin yaranması kimi göstərir. Digər bir məlumata görə, Əhməd bin Tulun Fərqanədən olan qulam olmuşdur. Xilafət dövründə xəlifə Mütəmidlə əlaqəni kəsdi və 875-ci ildə Misir boyunca öz hakimiyyətini quraraq müstəqilliyini elan etdi. Bununla da Tulunoğulları dövlətini qurdu.
878-ci ildə etdiyi səfərdə Şam bölgəsində Remble, Hüms, Həma və Hələbi tutduqdan sonra Əhməd bin Tulun Antakya, Kınnesir və əl-Avasımı ələ keçirdi. Və beləliklə sərhədlərini Kireneika və Tripolitaniyadan Fərat çayına qədər genişləndirmişdir. Abbasilər dövləti daxili qarışıqlıq üzündən Şam şəhərinə hücum edən Bizansla döyüşə girə bilmədiyinə görə, İslamiyyət adına Tulunoğulları dövləti Bizansa qarşı döyüşərək qalib gəlmişdir. Bu qələbədən sonra Şam, Cəzirə, Avasım və Sugur bölgələri Tulunoğullarının hakimiyyəti altına gəldi. Beləliklə Bizans İmperiyası Tulunoğullarının gücünü qəbul edərək, 879-cu ildə ələ keçirdiyi əsirləri azad etdi və bir sıra dəyərli Quran yazılarını təqdim etdi. Ancaq Əhməd bin Tulun bu xoşniyyət nümayişlərinə əhəmiyyət vermədi və Tarsusu işğal edərək Bizans İmperiyası və Abbasilərlə mübarizəsini davam etdirdi.Bu müddətdə Xilafəti Misirə aparmağa çalışdı, amma buna müvəffəq olmadı.
Əhməd bin Tulun ölümündən sonra onun yerinə gələn oğulları və nəvələri Abbasilər və Qərəmətlik ilə mübarizəni davam etdirdilər.Bu mübarizələr dövləti zəiflətdi və daxili qarşıdurmalar başlayaraq dövlətin sonunu hazırladı.905-ci ildə, Tulunoğulları dövləti, Abbasi türklərinin komandiri Məhəmməd bin Süleyman tərəfindən süquta uğradıldı.
Tulunoğulları dövründə, xüsusən də Misir xalqı iqtisadi tərəqqiyə çatdı, bunun göstəricisi olaraq Dinar-ı Tüluni (Tulun Dinar) kimi tanınan mis sikkələr çap edildi.Əhməd bin Tulun, Tuluniyə məscidi, xəstəxanalar, su kanalları, körpülər, hökumət sarayı və sonradan inşa edilən bəzi qiymətli əsərlər Tulunoğullarının Misirə buraxdığı əhəmiyyətli mədəniyyət sərvətləri idi.İbn Tulun məscidi Misirdə inşa edilən bir Türk məscididir və minarə ənənəsinin ilk nümunəsidir. Misirdəki fironlardan sonra ilk dəfə olaraq Tulunoğulları müstəqil bir dövlət qurdular və öz xalqlarını rifah içində yaşadan bir dövlət oldular.