Tuncer Bakırhan (1970, Qayadibi[d], Qars ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı, DEM Partiyasının həmsədri.[1]
Tuncer Bakırhan | |
---|---|
DEM Partiyasının həmsədri | |
Vəzifədədir | |
15 noyabr 2023-cü ildən | |
Əvvəlki | Çiğdem Kılıçgün & İbrahim Ahın |
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı | |
Vəzifədədir | |
2 iyun 2023-cü ildən | |
Seçki dairəsi | 2023 — Siirt |
Siirt Bələdiyyəsinin sədri | |
4 aprel 2014 – 17 noyabr 2016 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1970 |
Doğum yeri |
|
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, iqtisadçı |
Vikianbarda əlaqəli mediafayllar |
Tuncer Bakırhan 1970-ci ildə Qars ilinin Susuz ilçəsində anadan olub. İbtidai və orta təhsilini Qarsda alıb. Bursa Uludağ Universiteti İqtisadiyyat Bölməsindən məzun olub.[1]
Siyasi fəaliyyəti ərzində HEP, DEP, HADEP, DEHAP, DTP, BDP, HDP və DEM üzvü olub. 2003-2005-ci illərdə DEHAP sədri olub.[1]
2014-cu ildə Siirt bələdiyyəsinin sədri seçilib.[1] 2016-cı il noyabrın 16-da “PKK/KCK üzvü olmaq” ittihamı ilə həbs edilib və əvəzinə qəyyum təyin edilib.
2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Siirt ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.[1]
15 noyabr 2023-cü ildə HEDEP həmsədri seçilib.[1]
Kürdcə və ingiliscə bilir. Evlidir və 2 uşaq atasıdır.[1]