Tural Əhməd (9 may 1983, Bakı) — Azərbaycan aktyoru, film səsləndirən, mətn oxuyan, bədii qiraətçi.
Tural Əhməd | |
---|---|
Tural Əhməd | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Uşaqları | Turqay Əhməd, Turan Əhməd |
Anası | Məntiqə Quliyeva |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 2011-hal-hazırda |
İstiqamət | serial |
Boyu | 1.83 m |
Teatr | Bakı Bələdiyyə Teatrı |
Mükafatları |
Tural Əhməd 1983-cü il mayın 9-da Bakı şəhərində anadan olmuşdur. İlk orta təhsilini 181 saylı məktəbdə almış, daha sonra 151 saylı orta məktəbi bitirmişdir. Aktyorluğa böyük həvəsi olmağına baxmayaq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinə sənədlərini verə bilmir. Jurnalistikanı bitirsə də bir gün belə olsun jurnalist kimi heç yerdə fəaliyyət göstərmir. 2005-ci ildə universiteti bitirdikdən sonra hərbi xidmətə yollanır və 2006-cı ildə tərxis olunur. 2001-ci ildə Azərbaycan İctimai-Siyasi Universitetinin jurnalistika fakültəsinə qəbul olunmuş və oranı 2005-ci ildə bitirmişdir.
2008-ci ildə Rüstəm İbrahimbəyovun Beynəlxalq kino məktəbinin kinoaktyorluq fakültəsinə daxil olmuşdur. Orada Şəfiqə Məmmədova, Ayaz Salayev və digər yerli, xarici mütəxəssislərdən ustad dərsləri alıb.
"Həyat varsa", "Sirr", "Son hədd" seriallarında çəkilmişdir və bir neçə filmi səsləndirmişdir[1]. 2011-ci ildə vətənpərvərlik mövzusunda Gənclərin Birinci Ümumrespublika teatr festivalının qalibi olmuşdur. 2015-ci ildə "Gülüm" serialına çəkilən zaman xalq artisti Amaliya Pənahova ilə tanış olur. Həmin serialda onun oğlunu canlandırırdı. Məhz bundan sonra Amaliya Pənahovanın dəvəti ilə Bakı Bələdiyyə Teatrına dəvət alır.
2015-ci ilin may ayından Bakı Bələdiyyə Teatrında çalışır.[2]
31 dekabr 2021-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif olunub.[3]
Tamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
Məkr və məhəbbət | Ferdinand | 2016 | Bəhram Osmanov | Fridrix Şiller |
Nargin faciəsi[4] | Fərqat Tursun[5] | 20 iyun 2017 | Tural Ağayev | Rafael Öztürk Dağlı |
Şanlı Vətən | Əhməd Cavad | 31 oktyabr 2018 | Mərahim Fərzəlibəyov | Çingiz Ələsgərli |
Nəsimi | Nəsimi[6][7] | 2019 | Mərahim Fərzəlibəyov | Çingiz Ələsgərli (İsa Muğannanın "Məhşər" romanı əsasında) |
Sonsuz Tanrı məhəbbəti | Nizami Gəncəvi | 10 noyabr 2021 | Mərahim Fərzəlibəyov | Nizami Gəncəvi ("Xəmsə" əsasında) |
Sehrbaz | Samit | 2022 | Mərahim Fərzəlibəyov | Firuz Mustafa |
Xan qızı | Xasay bəy | 2022 | Mərahim Fərzəlibəyov | İlyas Əfəndiyev |
Şuşada ürəyim qaldı | Mahmud bəy[8] | 16 noyabr 2022 | Mərahim Fərzəlibəyov | İlyas Əfəndiyev Elçin |