Şəfiqə Məmmədova

Şəfiqə Haşım qızı Məmmədova (30 mart 1945, Dərbənd, Dağıstan MSSR) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1982), SSRİ (1981) və Azərbaycan SSR (1980) dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri (2012–2024).

Şəfiqə Məmmədova
Şəxsi məlumatlar
Doğum adı Şəfiqə Haşım qızı Məmmədova
Doğum tarixi 30 mart 1945(1945-03-30) (79 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti aktrisa, siyasətçi
Həyat yoldaşı
Uşağı
Dini islam

Təltifləri "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1982 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1974 SSRİ Dövlət mükafatı — 1981 Azərbaycan SSR Dövlət mükafatı — 1980 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 2015 "Sənətkar" medalı
"Şərəf" ordeni — 2013 "Şöhrət" ordeni — 2000 1-ci dərəcəli "Əmək" ordeni — 2020 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəfiqə Məmmədova 30 mart 1945-ci ildə Dağıstanın Dərbənd şəhərində doğulub. Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib (1968).

Azərbaycan Milli Dram Teatrının truppasına 1968-ci ildə qəbul olunub. Aktrisa Uilyam Şekspirin "Hamlet" (Gertruda), Aleksandr Şirvanzadənin "Nakam qız" (Sona), Lev Tolstoyun "Canlı meyit" (Maşa), Çingiz Aytmatovun "Ana torpağı" (Cenşengülün arvadı), Hüseyn Cavidin "Xəyyam" (Sevda), Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" (Pırpız Sona), Fridrix Şillerin "Məkr və məhəbbət" (Ledi Milford), Yucin O'Nilin "Qızıl" (Süzen) faciələrində, İlyas Əfəndiyevin "Bağlardan gələn səs" (Gülcan), "Mənim günahım" (Nurcahan), "Məhv olmuş gündəliklər" (Anjel), Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" (Nihal), İmran Qasımovun "Nağıl başlananda" (Tahirə) lirik-psixoloji dramlarında, Mirzə İbrahimovun "Bəşərin komediyası və ya Don Juan" (Teadora), Maksim Qorkinin "Meşşanlar" (Yelena Nikolayevna), Səməd Vurğunun "İnsan" (Nataşa), Raço Stoyanovun "Qısqanc ürəklər" (Milkana), Cəfər Cabbarlının "Aydın" (Gültəkin), Nikolay Poqodinin "Zamanın hökmü" (İrina), Əkrəm Əylislinin "Yastı təpə" (Bəyaz) pyeslərində cazibədar səhnə obrazları yaradıb.

Yaradıcılığının parlaq dövründə, 1980-ci ildə aktrisa ailə qayğıları ilə bağlı teatrdan uzaqlaşaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (keçmiş Teatr İnstitutu) pedaqoji fəaliyyətə başlayıb.

Şəfiqə Məmmədova "Qaraca Qız" (Qız), "Dədə Qorqud" (Burla xatun), "İstintaq" (Gülya), "Bizim Cəbiş müəllim" (Cəbişin arvadı), "Ad günü" (Fəridə), "Çarvadarların izi ilə" (Səriyyə) bədii filmlərinə çəkilib.[1]

Azərbaycan Respublikası I çağırış Milli Məclisinun deputatı olub (1995–2000).

2012-ci ildə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri seçilmişdir. 2022-ci il dekabr ayında o, yekdilliklə yenidən İdarə Heyətinin sədri seçildi.[2]

  • Aktyor Məmməd Məmmədovun bacısıdır.
  • Aktyor Ülvi Mehdinin anasıdır.
  • Şəfiqə Məmmədova birinci dəfə Azərbaycanın görkəmli teatr rejissoru Mehdi Məmmədovun həyat yoldaşı olub.
  • Şəfiqə Məmmədovanın hazırkı həyat yoldaşı Rafiq Behbudov uzun müddət Heydər Əliyev adına İdman Konsert Kompleksinin direktoru vəzifəsində çalışıb. Rafiq Behbudov həm də Azərbaycan Gimnastika Federasiyası İcraiyyə Komitəsinin üzvüdür.
  1. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  2. "Шафига Мамедова переизбрана председателем Союза кинематографистов" (rus). news.day.az. 2022-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-23.
  3. Respublika ədəbiyyat və incəsənət xadimlərinin Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 24 fevral 1979-cu il tarixli Fərmanı Arxivləşdirilib 2010-12-05 at the Wayback Machineanl.az saytı
  4. Respublika kino sənəti xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı Arxivləşdirilib 2010-12-05 at the Wayback Machineanl.az saytı
  5. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2023.
  6. "Ş.H.Məmmədovanın 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-29.
  7. AzərTAc. "Деятелям культуры и искусства вручена юбилейная медаль «100-летие Гейдара Алиева (1923–2023)»" (Turoyo). AzərTAc. 07.05.2024. İstifadə tarixi: 2024-05-08.
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]