Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 0 saniyə əvvəl En Merker (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Tural Səfərov (tam adı: Tural Qabil oğlu Səfərov; 18 iyul 1984, Kültəpə, Babək rayonu) — tədqiqatçı-jurnalist, "TNS" İnformasiya Agentliyinin direktoru.
Tural Səfərov | |
---|---|
Tural Qabil oğlu Səfərov | |
Doğum tarixi | 18 iyul 1984 (39 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | jurnalistika |
İş yeri | "TNS" İnformasiya Agentliyi |
Təhsili | Naxçıvan Dövlət Universiteti |
Tural Səfərov 1984-cü il iyulun 18-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Kültəpə kəndində anadan olub. 2001-ci ildə Babək rayon Kərimbəyli kənd orta məktəbini, 2005-ci ildə Naxçıvan Dövlət Universitetini bitirib. Ailəlidir, bir övladı var.
Əmək fəaliyyətinə 2003-cü ildə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin İctimai-siyasi verilişlər redaksiyasında redaktor kimi başlayıb. 2005-ci ilin dekabr ayından 2008-ci ilin fevral ayınadək Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Proqram-Buraxılış və Əlaqələndirmə Direksiyasının direktoru vəzifəsində çalışıb.[1]
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1 fevral 2008-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə baş məsləhətçi təyin olunub. 2008–2011-ci illərdə həmin vəzifədə çalışıb, muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinə nəzarət funksiyasını həyata keçirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 02 iyul 2011-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Nazirlər Kabinetinin rəsmi orqanı olan "Şərq qapısı" qəzetinin baş redaktoru vəzifəsinə təyin olunub. 2011–2017-ci illərdə "Şərq qapısı" qəzetinə rəhbərlik edib.[2][3]
2017-ci ilin avqust ayından ilin sonunadək "Moderator.az" İnformasiya Agentliyinin baş redaktor müavini işləyib. 2018-ci ilin yanvar ayında "Cahanpress" İnformasiya Agentliyini təsis edib.[1]
2018-ci ilin aprel ayından "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi[4], 2020-ci ilin oktyabr ayından 2021-ci ilin aprel ayına qədər "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyəti sədrinin müşaviri vəzifələrində çalışıb.
2022-ci ilin yanvar ayında "TNS" İnformasiya Agentliyini təsis edib. Hazırda həmin agentliyə rəhbərlik edir.
Siyasi-analitik və publisistik yazılarla mətbuatda müntəzəm çıxış edir.[5][6][7] Dövlət qulluğunun kiçik müşaviridir