Kərimbəyli (əvvəlki adı: Leninabad) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kərimbəyli kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Leninabad kənd inzibati-ərazi vahidi tərkibindəki Leninabad kəndi Kərimbəyli kəndi, Leninabad kənd inzibati-ərazi vahidi Kərimbəyli kənd inzibati-ərazi vahidi adlandırılmışdır.[2]
Kərimbəyli | |
---|---|
39°15′10″ şm. e. 45°27′14″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 1306 | 642 | 664 |
2009[5] | ↗1601 | ↗790 | ↗811 |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə Kərimbəyli kənd tam orta məktəbi fəaliyyət göstərir.[6]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.