Turanizm

Turançılıq, turanizm — bütün Ural-Altay xalqlarının birliyini nəzərdə tutan siyasi ideoloji inanc. İlk olaraq finlər, macarlar, estonlarRusiya tərkibindəki fin-ugor xalqları ilə bərabər mancurlar, monqollartürkdilli xalqların birləşməsi məqsədilə ortaya atılmışdır. Türkçü və turancı şəxslərdən Ziya Gökalp isə "Türkçülüyün əsasları" adlı əsərində turancılığın heç də macarları, monqolları, mancurları, finləri birləşdürmək məqsədi güdmədiyini bildirmişdir.[1]

Rusiyada 1905-ci il inqilabından əvvəl azərbaycanlıtatar ziyalıları tərəfindən dəstəklənmiş bu ideologiya, Türkiyədə 1908-cı ildə II Məşrutiyətin elan edilməsindən sonra yayılmağa başladı. İttihad və tərəqqi partiyasının rəhbərləri arasında Ziya Gökalpın irəli sürdüyü turançılıq baxışları əsas götürülmüşdür. O dövrün Osmanlı komandanlarından biri olan Ənvər paşa isə 1918–1922-ci illərdə keçmiş Rusiya İmperiyasının ərazisində turançılıq fikrini canlandırmağa çalışırkən şəhid olmuşdur.

Ziya Gökalpın bir şeirindəki aşağıdakı beyt, turançılıq baxışlarını konkret əks etdirir:

Vətən nə Türkiyədir türklərə, nə Türküstan;
Vətən böyük və əbədi bir ölkədir: Turan.
  1. Gökalp Ziya, Türkçülüğün Esasları, s.: 25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Turania.org.