Tussilago

Dəvədabanı (lat. Tussilago) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.

Dəvədabanı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təsviri və ekologiyası

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda dəvədabanının bir növü yabanı halda bitir. Əsasən Böyük və Kiçik Qafqaz sıra dağlarında, Naxçıvan Muxtar Respublikası, Şabran və s. dağ və dağətəyi yerlərdə bitir. Yazın əvvəllərində hələ qar əriməmiş çiçəkləməyə başlayır. Mart-aprel aylarında çiçəkləyir, meyvələr isə may-iyun aylarında yetişir.

Xalq təbabətində yarpaq və çiçəklərindən istifadə olunur. Yarpaqlar yayın əvvəllərində və yayın axırlarında toplanır. Çiçəklər tam açdıqdan sonra toplanır.

Dəvədabanı çoxillik bitki olub, Astrakimimlər fəsilsinə (mürəkkəbçiçəklilər) aiddir.

Onun adının özü ilə heç bir əlaqəsi yoxdur. Belə ki, bitkinin adı insana sərt təsir bağışlasa da, onun çiçəkləri incə, zərif və toxunulduğunda xoş duyğular oyadan təsirə malikdir.

Dəvədabanı ən çox Avrasiya və Şimali Afrika ölklərində bitir. Bu yabanı bitki olub, sahələrdə, meşəliklərdə, yol kənarlarında – bir sözlə istənilən yerlərdə əmələ gəlir. Hətta, dəmir yolu kənarlarında, binaların bünövrələrinin yanında da dəvədabanına rast gəlmək mümkündür.

Dəvədabanı sürünən kökə malik olan bitkilərdəndir və onun boyu 15-20 sm-ə qədər böyüyə bilir. Adətən yarpaqları torpağa yaxın olur və aralarından çıxan budaqlarında çətirə bənzəyən açıq sarı rəngdə çiçəklər çıxır. Çiçəkləri solduqdan sonra yarpaqlar yerində olduğu kimi qala bilir və soyuğa davamlı yarpaqlardan sayılır.

Dəvədabanı çiçəyinin şirəsini əsasən şaxtalı qış bitəndən sonra ilk açdığı zaman yığırlar. Bu zaman onun şrəsinin tərkibi daha çox vitaminlərlə zəngin sayılır. Onun çiçəkləindən bal ətri gəldiyi üçün arılar tərəfindən daha çox sevilir.

Dəvədabanı çiçəkləri yaz aylarında çiçək açan kimi toplanır. Bitkinin çiçəklənməsi davam edərsə onu yayın ortalarına qədər də toplamaq mümkündür. Dəvədabanını adi şəraitdə qurutmaq lazımdır. Qurumuş çiçəklərini isə təmiz kağızın arasında, quru və qaranlıq yerdə saxlamaq məsləhət görülür. Qurumuş dəvədabanını 2 ildən artıq saxlamaq məsləhət deyil.

Dəvədabanının yarpaqları onun çiçəklərindən sonra çıxır.

Dəvədabanının Tərkibi

[redaktə | mənbəni redaktə et]

Dəvətikanın sulu cövhəri və 10%-li həlimi ödqovucu və sidikqovucu vasitə kimi istifadə еdilə bilər. Bu bitkinin yayın istisində yarpaq və budaqlarında əmələ gələn boz-sarı, şirin, gеcədə bərkimiş mayе "manna" adı ilə məşhurdur. Onun tərkibini kitrə, mannit, şəkər, limon turşusu və acı maddələr təşkil еdir.

Dəvədabanının faydaları

[redaktə | mənbəni redaktə et]

Qədim Romada dəvədabanı orqanizmi yumşaldıcı və onun gücünü oyandırıcı kimi tanıyıblar. Onun kökündən və yarpaqlarından soyuqdəymələr, vərəm, bəlğəm zamanı istifadə edilib. Tibbdə dəvədanı dəmləməsindən öskürək əleyhinə və bəlğəmgətiici kimi stifadə edilir. Onun yarpaqlarının tərkibində selik, qatran və tanin var. Bu bitkidən tibb sahəsində bronxlardakı bəlğəmin təmizlənməsi məqsədilə istifadə edilir. O pnevmoniyalar, ağ ciyərlərin emfizeması və xroniki bronxit xəstəliklərində istifadə edilir. Dəvədabanı orqanizm daxilində olan irinli-iltihablı proseslərin aradan qalxmasına yardım edir. Xalq təbabətində ondan südgətirici kimi istifadə edilib. Belə ki, dəvədabanı yarpalarının döşün üstünə düzüb saxladıqda gənc anaların südü çoxalır. Dəvədabanı yarpaqları döş vəzində olan süd axarlarını rahatlaşdırır və südün çoxalmasıına səbəb olur. Xalq təbabətində onun yarpaqlarını iştahanın açılması və həzm prosesinin sürətlənməsi məqsədilə istifadə edilir. İbn Sinanın əlyzmalarında da dəvədabanı haqqında yazılara rast gəlinir. O dəvədabanını rahat nəfəs almaq və öskürəkdən xilas olmaq üçün məsləhət bilib.

Dəvədabanının zərərləri

[redaktə | mənbəni redaktə et]

Bitkinin tərkibində pirrolizid alkoloidi var. Bunun orqanizmə az toksiki təsiri var. Ona görə də 6 həftədən çox dəvədabanı çiçəyindən istifadə eləmək məsləhət görülmür. Bir çox ölkələrdə (Yeni Zellandiya, Avstraliya) bu bitkinin artırılmasına qadağa qoyulub. Hamiləlik və südəmizdirmə dövrlərində də qadınlara dəvədabanı dəmləməsindən istifadə etmək olmaz.

  • Cineraria farfara Bernh.
  • Farfara radiata Gilib. [Invalid]
  • Tussilago alpestris Hegetschw.
  • Tussilago umbertina Borbás