Adi dəvədabanı (lat. Tussilago farfara) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dəvədabanı cinsinə aid bitki növü.
Adi dəvədabanı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Adi dəvədabanı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Hündürlüyü çiçəkləyən zaman 3–15 sm, meyvə verən zaman isə 33 sm-ə qədər, gövdəsi adətən çoxsaylı olan çoxillik ot bitkisidir. Kökümsovu oduncaqlaşmış, uzun və sürünəndir. Gövdəsi sadə, keçəvari-tüklüdür, xırda sarı çiçəkləri birləşərək səbətcik əmələ gətirir, yarpaqları pulcuqlu, uzunsov-lansetvari, adətən qonur-bənövşəyi rəngdədir. Kökyanı yaşıl yay yarpaqları uzun saplaqlı, yuvarlaqürəkvari, qalın, dərivari, kənarları iti dişdişli, yuvarlaq ürəkvari, üstdən tünd yaşıl, arxadan ağımtıl-keçəvari tüklüdür. Səbətləri tək-tək, silindrik, 8–11 mm enində, dilcikləri çoxsaylı, dar, çox vaxt sapvari, sarğıdan biraz uzundur; boruvari çiçəkləri ikicinsli, toxumsuzdırlar. Toxumcalar 3–4 mm uzunluqda, silindvari, qabırğalı, çılpaq; kəkili ağ, toxumcadan 2–3 dəfə uzundur. Gövdə yarpaqları ensizdir, gövdəyə doğru qısılmışdır, pulcuqşəkilli, uzunsov-neştərvari, sivritəhər və adətən tündqırmızı rəngə boyanmışdır. Kökətrafı yarpaqları çiçəkləmənin sonunda əmələ gəlir, iri, uzun saplaqlı, dəyirmi-ürəkşəkilli, bərk, qalın dərilidir, qaidə hissəsi enli-oyuqludur, zəif barmaqvari-bölümlü və ya qeyri-bərabər kələ-kötür oyuqlu-dişlidir, üst tərəfdən yaşıl, demək olar ki, çılpaqdır, alt tərəfdən yumşaq ağ keçə-tüklüdür. Səbətləri tək, silindrik formalı, eni 8– 11 mm olub, çiçəkləyənə qədər və sonra əyiləndir, qızılı-sarı rəngli çiçəkləri yarpaqlardan əvvəl açılır (bəzən, yarpaqla eyni vaxtda). Dilcikşəkilli çiçəkləri çoxsaylı, çoxcərgəli, ensiz, bəzən, sapşəkillidir və azacıq qından uzundur. Toxumları 3–4 sm uzunluqdadır, silindrşəkilli, tin-tin və çılpaqdır; kəkili sadə, ağ, Ipəyəoxşar tüklərdən ibarətdir, toxumdan 2–3 dəfə uzundur, dilcikşəkilli çiçəklərdə kəkil çoxcərgəli, borucuqşəkilli çiçklərdə isə bircərgəli olub, daha qısadır. (Fevral) Mart-aprel aylarında çiçəkləyir, may-iyun aylarında meyvə verir.
SamurŞabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, Naxçıvan dağlıq ovalıqdan, orta dağ qurşağına və ondan yüksəyə qədər (2200 m-ə qədər). Açıq və gilli yerlərdə, çaqıl daşlıqlarında, çay və arx kənarlarında, quru-töküntü yamaclarda böyük ləkələr əmələ gətirir.
Açıq, çox vaxt gilli yerlərdə, dağ çaylarının və çayların sahilində, arxların kənarında rast gəlinir.
Adi dəvədabanı boreal coğrafi tipinin palearktik sinfinə aiddir. Avropa, Şimali Afrika, Balkan və Kiçik Asiya ölkələri, İran, Əfqanıstan, Şimali Amerika, Rusiya, Ukrayna, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda adi dəvədabanı Kiçik Qafqazın şimal, Böyük Qafqazın isə bütün rayonlarında, Samur-Dəvəçi ovalığında və Naxçıvanın dağlıq hissəsində yayılmışdır. Arandan yuxarı dağ qurşağına kimi (dəniz səviyyəsindən 2300 m qədər) bitir.
Mezokserofitdir, quru-bozqır və sahilyanı bitkilik tiplərində rast gəlir. Əsasən açıq və gilli yerlərdə, çaqıl daşlıqlarda, çay və arx kənarlarında, quru-töküntü yamaclarda böyük ləkələr əmələ gətirir.
Alkaloid, flavonoid, efir yağları, C vitamini, aşı və acı maddələr, eləcə də steroid, seskviterpenoid və kauçuk ilə zəngindir.
Farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi, praktiki, eksperimental, Çin, Hind və xalq təbabətində, eləcə də baytarlıqda geniş tətbiq edilir. Əsasən böyrək, mədə-bağırsaq, sidik kisəsi, bəd xassəli şişlər, ağciyər vərəmi, bronxit və bronxial astma, nəfəs yolları, ürək, malyariya, epilepsiya, allergiya, revmatizm xəstəlikləri, habelə podaqra, irinli yara və xoralar, ağız boşluğu və burunda iltihab prosesləri, ziyil və döyənəklər zamanı istifadə olunur. Antivirus, antitoksik, antibakterial, antiseptik, şualanmadan qoruyucu, ödqovucu, yumşaldıcı, yarasağaldıcı, spazmolitik, tərlədici və iltihab proseslərinə qarşı təsirə malikdir.
Yarpaqlarının tərkibində acı qlükozidlər (2,6%-ə qədər), sitosterin, aşı maddələr, pirrolizidin alkaloidi, qall, çaxır və alma turşuları, askorbin turşusu (5mq%), saponinlər, inulin və dekstrin maddələri vardır. Yarpaqlarının tərkibində 7-8% selik, acı qlükozidlər, saponinlər, karotinoidlər, inulin, alma, çaxır turşusu və aşı maddələri vardır. Tərkibində iltihabsorucu, öskürəkkəsici, büzücü, sidik və tərqovucu maddələr vardır. Əsasən antisklerotik və spazmolotik xüsusiyyətlər göstərir. Dəvədabanı bitkisi yuxarı tənəffüs yollarının kəskin və xroniki xəstəliklərində: bronxit, plevrit, pnevmoniya, difteriya, bronxial astma, bronxoektaziya və qripp xəstəliklərinin müalicəsində tətbiq edilir. Keyfiyyətli öskürəkkəsici və ödqovucu dərman olduğu üçün vərəmdə, iltihabsorucu xüsusiyyətinə görə mədə-bağırsaq traktı, qara ciyər və öd xəstəlikləri, malyariya, ekzema, böyrək xəstəlikləri və sistitin müalicəsində səmərəlidir. Yanıqlarda, frunkulyoz, tromboflebit, angina və stomatitlərdə xaricə təyin edilir. 3 xörək qaşığı çiçək və ya yarpaqlarını 2 stəkan qaynar suda dəmləyərək (termosda) içmək məsləhətdir (sutqalıq doza). Sonra gündə 3 dəfə yeməkdən 20-40 dəqiqə əvvəl qəbul etmək lazımdır. Bu tərkib həm də xaricə tətbiq edilə bilər.
Xalq təbabətində yanıq əleyhinə maddə kimi istifadə edilir.
Müalıcə məqsədi ilə bitkinin yarpaqları, çiçəkləri və kökümsovu istifadə edilir.
Cövhər və dəmləmələr.
Bal, çiçək tozu verən və yem bitkisidir.
Dərman bitkisidir