Uçan ağıl

Uçan ağılNaxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində qədim yaşayış yeri. Yaşayış yeri rayonun Sirab kəndindən şimalda yerləşir.

Uçan ağıl
Uçan ağıl ümumi görünüş.
Xəritə
39°17′28″ şm. e. 45°30′29″ ş. u.
Ölkə  Azərbaycan
Yerləşir Naxçıvan MR
Aidiyyatı Babək rayonu
Üslubu Arxeoloji abidə
KateqoriyaYaşayış yeri
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Uçan Ağıl (Azərbaycan)
Uçan Ağıl

Uçan ağıl 2015-2017-ci illərdə Vəli Baxşəliyev və Katrin Marronun rəhbərliyi ilə beynəlxalq Azərbaycan-Fransa arxeoloji ekspedisiyası tərəfindən arxeoloji qazıntılarla öyrənilmişdir.

Uçan ağıl yaşayış yerinin yerüstü materialları boyalı qablar və samanlı keramika nümunələrindən ibarətdir. Tapıntılar arasında Kür-Araz mədəniyyətinə aid keramika parçalarına da rast gəlinmişdir. Tapıntılar arasında Duzdağdan məlum olan daş baltalara bənzər bir ədəd əmək alətinin aşkar olunması da diqqətəlayiqdir. Yaşayış yerində üç yerdə qazıntı aparılmışdır. Birinci sahənin ölçüsü 5x5 m, ikinci sahənin ölçüsü 5x5 m, üçüncü sahənin ölçüsü 5x10 m olmuşdur. Qazıntılar mədəni təbəqənin relyefdən asılı olaraq 0, 20-1, 20 sm arasında qaldığını göstərir. Uçan ağıl yaşayış yerinin tədqiqi zamanı saman qarışığı olan qırmızı rəngli keramika nümunələri, o cümlədən boyalı qabların parçaları aşkar olunmuşdur.

Keramika nümunələrinin araşdırılması onların e. ə. V minilliyin birinci yarısına və Ovçular təpəsindən əvvələ aid olduğunu təsdiq edir. Bu, abidələrdən götürülən karbon nümunələrinin analizi ilə də təsdiq olunmuşdur. Uçan ağıl yaşayış yerindən Kültəpə yaşayış yerindən (Culfa, İran) məlum olan Dalmatəpə tipli boyalı keramika parçalarının aşkar olunması bu yaşayış yerləri arasında əlaqələrin olduğunu təsdiq etməkdədir. Qeyd edək ki, Uçan ağıldan aşkar olunan boyalı keramika nümunələrinin biri də Mesopotamiya abidələrində yayılan boyalılarla bənzərdir. Keramika nümunələrinin bir qismi isə qaba qum qarışığı olan gildən hazırlanmışdır. Bu yaşayış yerinin araşdırılması Naxçıvanın erkən və orta eneolit dövrü mədəniyyətinin Urmiya hövzəsi və Şərqi Anadolu ilə əlaqələr şəraitində inkişaf etdiyini göstərir.[1]

  1. Бахшалиев В.Б. Исследование энеолитических памятников Сирабчайской и Нахчыванчайской долин. Problems of the Archaeology of theCaucasus and Near East. Neolithic - Late Bronze Age. Baku: Институт археологии и этнографии. 2017, с. 108-121.