Ovçular təpəsi yaşayış yeri — Şərur rayonunun Dizə kəndinin şimal qurtaracağında, Arpaçayın sol sahilində e.ə. V-III minilliklərə aid yaşayış yeri.[1]
Ovçular təpəsi | |
---|---|
39°35′32″ şm. e. 45°04′04″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Şərur |
Yerləşir | Dizə kəndi |
Tikilmə tarixi | e.ə. IV-III minilliklər |
Üslubu | Arxeoloji abidə |
İstinad nöm. | 1988 |
Kateqoriya | Yaşayış yeri |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
Abidə şimal-qərb istiqamətində uzanan təbii təpənin üzərindədir. Abidənin sahəsi təqribən 10 hektardır. Kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar nəticəsində yaşayış yerində Eneolit və İlk Tunc dövrlərinə aid mədəni təbəqələr müəyyən edilmişdir.
Yaşayış yerinin xarakterik cəhəti ondan ibarətdir ki, burada Kür-Araz təbəqəsi sonrakı dövrlərin mədəni qatları ilə örtülməmişdir.
Yaşayış yerinin yerləşdiyi təpənin üzərində teleqüllə tikilərkən mədəni təbəqə dağıdılmışdır. Təpənin şimal tərəfində V. H. Əliyev və A. Q. Seyidov tərəfindən 6,25 m² sahədə kəşfiyyat xarakterli qazıntı işləri aparılmışdır. Daha sonra abidə S. H. Aşurov tərəfindən tədqiq edilmişdir[2].
Мədəni təbəqədə möhrə, kül, çürüntü və osteoloji materialların qalıqlarına rast gəlinmişdir. Buradan, həmçinin çəhrayı, sarı və boz rəngli gil qab parçaları, daş alətlər və tunc iynə qırığı tapılmışdır. V. H. Əliyev və A. Q. Seyidovun qazıntıları zamanı 0,6 m dərinlikdə arakəsmə ilə ikiyə bölünmüş bina qalığı aşkar olunmuşdur. Lakin qazıntı sahəsi kiçik olduğundan binanın ümumi planını müəyyən etmək mümkün olmamışdır. Divar mərmər qaya parçalarından hörülərək gil məhlulla bərkidilmişdir. Divarın saxlanmış hissəsinin uzunluğu 3, eni 0,7, hündürlüyü 0,4 metrdir[3].
Yaşayış yerində 2006-2011-ci illərdə beynəlxalq Azərbaycan-Fransa ekspedisiyası tədqiqat aparmış, insanların burada e.ə. V minilliyin sonundan, son eneolit dövründən məskunlaşdığını müəyyən etmişdir.
Son eneolit dövrünə aid yaşayış binaları dördkünc formalı yarımqazmalardan və daş təməl üzərində inşa olunmuş kərpic evlərdən ibarət olmuşdur. Ovçulartəpəsinin sakinləri əkinçilik, maldarlıq, balıqçılıq və digər təsərrüfat sahələri ilə məşğul olmuşlar.
2010-cu ildə yaşayış yerindən eneolit dövrünə aid şahzadə qəbiri aşkar olunmuşdur. Ovçular təpəsinin qədim sakinləri Übeyd[4] tayfaları ilə əlaqə saxlamışdır. Tədqiqatlar Kür-Araz mədəniyyətinin tarixini dəqiqləşdirməyə, onu e.ə. V minilliyin sonu və IV minilliyin əvvəllərinə aid etməyə imkan verir.
Eneolit keramikası bitki və qum qarışıqlı gildən hazırlanmış, qırmızı biçimlidir, hər iki tərəfdən yaxşı hamarlanmışdır. Bəzi nümunələrinin bir və ya hər iki üzü tünd qırmızı rənglə, yaxud açıq rəngli anqolbla örtülmüşdür. Bir çox hallarda xarici və daxili səthlərində daraqvari alətlə işlənmənin izləri saxlanmışdır[1].
Saxsılar əsasən, küpə, kasa və cam tipli qablara aiddir. Küpələrin müxtəlif tipli qulpları vardır. Yerli dulusçular məhz bu dövrdən başalayaraq qablara qulp qoymağa başlamışdır. Onların bəzi nümunələri sonrakı Kür-Araz mədəniyyəti dövrünün yarımşar formalı qulplarını xatırladır. Qablar çoxsaylı yapma, çərtmə, basma ornamentlərlə bəzədilmişdir[1].
Abidədən aşkarlanmış bikonik formalı gil əyircək də keramika məmulatına aiddir. Qаblаrın bir qismi хаricdən аnqоblаnmış, yаpmа və bаsmа оrnаmеntlə nахışlаnmışdır. Bəzi qаbların gövdəsi cızmа, аğzının kənаrı yаpmа оrnаmеntlə nахışlаnmışdır. Bаdyа və kаsа tipli qаblаr хаricdən sаrı rəngli аnqоblа örtülmüşdür.
Erkən Tunc dövrünə aid keramika bоz və qоnur rəngdə bişirilmiş gil məmulаtından ibarətdir. Оnlаr küpə, kаsа, pаrçа tipli qаblаrın müхtəlif hissələrindən ibаrətdir. Хаrici səthi yахşı sığаllаnаrаq qаrа rənglə örtülmüş və cilаlаnmışdır. Bu qrupа аid gil məmulаtının bir qrupu çəhrаyı аstаrlıdır. Bu qаblаrın bəzisi хаricdən qаrа, içəridən isə çəhrаyı və qəhvəyi rənglə örtülərək cilаlаnmışdır. Оnlаrın nахışlаnmаsındа оvаl dаirə və kаnnеlyur оrnаmеntdən istifаdə еdilmişdir.Kür-Аrаz mədəniyyətinə məхsus qаblаrın qulplаrı yаrımşаrşəkillidir. Dən dаşlаrı bоz rəngli tufdаn və bаzаltdаn hаzırlаnmışdır. Həvənglər dаirəvi-şаrşəkilli fоrmаdа оlub hər tərəfdən yахşı işlənmiş, оturаcаğı yаstılаnmışdır. Aşkar olunan arxeoloji materiallar I Kültəpə (Babək), II Kültəpə (Babək), I Kültəpə (Maxta, Şərur) və digər abidələrin materialları ilə bənzərdir [5][6].
Eneolit dövrünün daş alətləri dən daşları, sürtgəclər, həvənglər, obsidian və çaxmaqdaşı lövhələrindən ibarətdir. İlk Tunc dövrü isə əsasən, qara, boz, çəhrayı rəngli cilalı və cilasız müxtəlif qablar, dən daşları sürtgəclər, həvənglər, obsidian və çaxmaqdaşı lövhələri, tunc bizlə təmsil olunmuşdur[7].