Uğur Bayraqtutan (25 fevral 1965, Artvin) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26, 27 və 28-ci çağırış deputatı.[1]
Uğur Bayraqtutan | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26, 27 və 28-ci çağırış deputatı | |
28 iyun 2011 – hal-hazırda | |
Seçki dairəsi | 2011 — Artvin ili İyun 2015 — Artvin ili Noyabr 2015 — Artvin ili 2018 — Artvin ili 2023 — Antalya ili |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Artvin ili, Türkiyə |
Vətəndaşlığı | Türkiyə |
Partiya | CHP |
Təhsili | Ankara Universiteti |
Fəaliyyəti | siyasətçi |
Uğur Bayraqtutan 1965-ci ildə Artvin ilində anadan olub. Ankara Universitetinin Hüquq bölməsini bitirib.[1]
Artvin Vəkillər Kollegiyasında İdarə Heyətinin üzvü vəzifəsində təmsil olunub.[1]
Siyasətə Sosial Xalqçı Partiyasında (SHP) qoşulub. SHP Artvin il şöbəsinin sədr müavini olub. Daha sonra siyasətə Cümhuriyyət Xalq Partiyasında (CHP) davam edib. CHP Artvin ilçə İdarə Heyətinin üzvü, CHP Artvin İntizam Şurasının sədri, CHP Artvin Seçim Komitəsinin sədri, CHP Artvin il İdarə Heyətinin üzvü və CHP Artvin il sədri vəzifələrində təmsil olunub. 2014–2023-cü illərdə CHP Ali İntizam Şurasının sədri olub. 2011, iyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə Artvin ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 24, 25 və 26-cı çağırışda Konstitusiya Komissiyasının, 27 və 28-ci çağırışlarda Milli Müdafiə Komissiyasının üzvü olub.[1]
Evli və 2 uşaq atasıdır.[1]