Uğursuzlar (fr. La Chèvre) — rejissor Fransis Veberin filmi. 1991-ci ildə ABŞ-də filmin "Təmiz bəxtigətirmə" (ing. Pure luck) adlı remeyki çəkilmişdir.[10].
Uğursuzlar | |
---|---|
fr. La Chèvre | |
Janr | komediya filmi[1], baddi-film[d], macəra filmi, detektiv filmi |
Rejissor | |
Prodüser |
|
Ssenari müəllifi | |
Baş rollarda |
|
Bəstəkar |
|
Distribütor | Netflix |
İlk baxış tarixi | 8 dekabr 1981[5], 19 mart 1982[6] |
Müddət | 94 dəq.[5], 90 dəq.[7] |
Ölkələr | |
Dil | fransız dili |
Sonrakı film | Atalar (film, 1983) |
Rəng | rəngli |
Çəkiliş yeri | Şarl de Qoll Hava Limanı, Akapulko |
IMDb | ID0082183 |
Böyük bir şirkətin prezidentinin qızı inanılmaz dərəcədə uğursuz insandır. Latın Amerikasına kurorta gedən qız bədbəxt hadisədən sonra quldurların əlinə keçir. Axtarışlar nəticə vermir. Prezident olanlara bir çarə tapa bilmir. Amma orada işləyən psixoloq prezidentə bir ideya verir: mühasibatlıqda Fransua Perren adlı çox uğursuz bir insan işləyir. Əgər o da qızın getdiyi yerə getsə, Perren eynilə qızın düşdüyü uğursuzluqlara düşəcək. Belə olsa, prezidentin adamları qızın izinə düşə bilərlər. Ağlına başqa variant gəlməyən prezident Perreni şəxsi xəfiyyəsi Kampana ilə qızının getdiyi yerə göndərir.
Demək olar ki, psixoloqun versiyası düz çıxdı. Bir çox uğursuz macəralara düşən Perren mənasız, uğursuz və bəzən məzəli hadisələrdən sonra prezidentin qızını tapır.