Uşaq (ing. The Kid) — rejissor Çarli Çaplinin filmi.
Uşaq | |
---|---|
ing. The Kid | |
Janr |
komediya faciəvi komediya |
Rejissor | Çarli Çaplin |
Prodüser | Çarli Çaplin |
Ssenari müəllifi | Çarli Çaplin |
Baş rollarda |
Çarli Çaplin Ceki Kuqan |
Operator | Roland Totero |
Bəstəkar | Çarli Çaplin |
Montajçı | Çarli Çaplin |
İstehsalçı | Chaplin — First National |
Distribütor | Netflix |
İlk baxış tarixi |
21 yanvar 1921, ABŞ 14 mart 1922, Danimarka 20 mart 1922, İsveç 30 aprel 1923, Finlandiya 9 noyabr 1923, Almaniya |
Filmin növü | bədii film |
Müddət | 68 dəq. |
Büdcə | $250,000 |
Gəlir | $2.5 milyon |
Ölkə | ABŞ |
Dil | səssiz (titrlər ingiliscədir) |
İl | 1921 |
Rəng | ağ-qara |
Çəkiliş yeri | Los-Anceles |
IMDb | ID0012349 |
Vikianbarda əlaqəli mediafayllar |
Tənha ana yeni doğulmuş körpəsini ona gözəl həyat gətirəcəyi ümidi ilə varlı bir avtomobilə qoyub gedir. Həmin maşın iki soyğunçu tərəfindən oğurlanır. Maşında körpəni görən soyğunçular onu xarabalığa atıb gedirlər.
Uşaq təsadüfən Avaranın (Çarli Çaplin) gəzdiyi xarabalıqda atılır. Onu tapan avara uşaqla nə edəcəyini bilmir. Ağlına gələn isə onu yad bir uşaq arabasına qoymaq olur, lakin onun bu fikri baş tutmur. Hər yandan əli üzülən avara uşağı öz kasıb daxmasına aparmağı qərarlaşdırır.
5 il keçir. Uşaq bu müddətdə böyüyür və ev işlərində avaraya kömək edir. Onlar hətta birlikdə pul qazanırlar. Uşaq yaşayış evlərinin şüşələrini sındırır, elə bu vaxt "təsadüfən" şüşəsalan-avara keçir. O, evin şüşəsini dəyişir və ona bunun haqqını ödəyirlər. Bu, onları polis tutana qədər davam edir. Polisdən qaçmaq, yerli dələduzlarla vuruşmalar, yarıac dolanmaq avara ilə uşağın vəziyyətinin heç də yaxşı olmadığını göstərir. Belə yaşamaq asan olmasa da, onlar bir-birini başa düşür, əsl ailə kimi, ata-oğul kimi yaşayırlar.
Bir gün uşaq xəstələnir. Çağırılmış həkim uşağın avaraya məxsus olmadığını aydınlaşdırır. O, bu barədə "Kimsəsiz uşaqların himayəsi cəmiyyəti"nə xəbər verir. Polislərin müşayiəti ilə çinovniklər avaranın daxmasına gəlirlər. Zorla uşağı ondan alıb yük maşınının kuzasında aparırlar. Avara avtomobili izləyir və demək olar ki, möcüzə sayəsində uşağı qaytarır. Avara polislərdən gizlənmək məqsədilə gecəni onunla birlikdə yataqxanada keçirir.
Bu vaxt artıq tanınmış aktrisa olmuş uşağın anası qəzetə bir elan verir: onun oğlunu tapan şəxsi mükafat gözləyir. Elan avara ilə uşağın gizləndiyi yataqxananın sahibinin gözünə sataşır. Gecə vaxtı avara yuxuda olarkən o, uşağı da götürüb polis məntəqəsinə yollanır.
Oyanıb uşağı yerində görməyən avara onu axtarmağa başlayır, lakin bu heç bir nəticə vermir. Əldən düşmüş avara öz daxmasının qapısı bağlı olduğundan artırmada yatır. O, yuxuda özünün və uşağın ölməsi və cənnətə düşməsini görür. Cənnətdə hər şey həyatda olduğu kimidir: həmin xarabalıqlar… Yeganə fərq ətrafın ağ çiçəklərə bürünməsidir. Avaranın həmin iti, həmin quldurlar və polislər, lakin hər kəsin indi ağ cübbəsi və mələk qanadları vardır. Hamı özünü xoş aparır, heç kim avara və uşağın xətrinə dəymir. Elə bu zaman təsadüfən cənnətə şeytanlar daxil olur və orada qalmaqal salırlar. Mələk-polislər hər şeyi öz yoluna qoymağa çalışaraq atəş açırlar. Avara "ölür".
Avara yuxudan ayılır və polisin onu boynundan tutub yuxarı qaldırmasını görür. Onu polis maşınına oturub aparırlar, lakin həbsxanaya yox, hansısa varlı bir evə. Burada onu xoşbəxt uşaq və onun anası gözləyir.